Bakıda ata 2 yaşlı körpəsini bıçaqladı

Bakıda ata 2 yaşlı körpəsini bıçaqladıAvqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

Baş prokurorluqdan Sonxeber.az-a daxil olan məlumata görə, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.

Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində "ittiham elan edilməsi üçün tutulması" haqqında qərar qəbul edilmiş, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmamışdır.

Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi ikişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 6788   Tarix: 11 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb. Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədə

21 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. "Report"un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:. Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü)

21 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

Sabirabadda qadın kimyəvi maddə içdi, sonra qollarını doğradı

Sabirabadda 32 yaşlı qadın intihara cəhd edib. -ın məlumatına görə, hadisə Sabirabad rayonu, Zalqarağac kəndində qeydə alınıb. Kənd sakini Rəvanə Yaşar qızı Ağayeva kimyəvi maddə içib, sonra qollarını doğrayıb. Qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

21 aprel
.

Gəncə şəhərində ev yanb

Gəncə şəhərinin Məhsəti qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 163 kvadratmetr olan evin 68 kvadratmetri yanıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğı

14 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA + FOTO

Tovuzda qadın yanıq xəsarətləri alıb. -a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü rayon sakini Röyal Tağıyev münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu, 1990-cı il təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyini

19 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel