Azərbaycanda peşə təhsili necə qurulub? - Ekspert AÇIQLADI

Azərbaycanda peşə təhsili necə qurulub? - Ekspert AÇIQLADIAzərbaycanda 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Hazırda 8263 nəfər peşə təhsili pilləsinə tələbə qəbulu prosesində iştirak edərək elektron qeydiyyatdan keçib. Artıq onlardan 6061 nəfəri ixtisas seçimi edib. Azərbaycanda peşə təhsili üzrə əsas ixtisaslar hansılardır? Gənclər əsasən hansı peşələrə daha çox diqqət göstərir? Ənənəvi peşə ixtisasları ilə yanaşı yeni sənətlər öyrədilirmi? Daha çox maraq göstərilən peşə ixtisasları hansılardır? Bundan başqa ölkəmizdə peşə təhsili alanların işlə təmin olunması mexanizmi varmı?

Bununla bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni qaydalara görə orta məktəblərdə doqquzuncu sinifdən sonra təmayül siniflərinə bölünmə zamanı gələcəkdə ali təhsil pilləsində təhsilini davam etdirmək istəyən təmayüllər var:

"Yəni, məhdud sayda orta ümumtəhsil məktəblərində peşə təmayüllərinin açılması heç bir effekt verməyəcək. Birincisi, ora gedən uşaqların sayı tam şəkildə formalaşmayacaq. İkincisi, orada bu tədrisi həyata keçirəcək müəllimlər və resurslar yoxdur. Üçüncüsü də bizim orta ümumtəhsil məktəblərimizin maddi-texniki bazası standartlara cavab vermir və ümumiyyətlə, yoxdur. Bu sahəyə vəsait ayırmaq vaxt itkisidir. İnkişaf etmiş ölkələrdə məzunların 40-60%-i ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11%-dir.

Ölkədə 5500 nəfərdən artıq işçi heyətinə malik olan 116 dövlət və iki özəl texniki peşə məktəbi və kollec fəaliyyət göstərir. Bu məktəb və kolleclərin qeydiyyatdan keçmiş və 150-dən artıq müxtəlif fənn və ixtisas üzrə təhsil alan 23,800-dən artıq tələbəsi var. Texniki peşə məktəbləri və kolleclərində tədris olunan proqramlar əksər hallarda eyni olur və proqramlar təkrarlanır.

Digər mövcüd problemlərdən biri də bir çox təhsil müəssisələrinin əsasən qaçqın və məcburi köçkün ailələrinin yaşadığı yerə çevrilməsidir. İlkin peşə təhsili müəssisələrinin binaları olduqca köhnəlmiş vəziyyətdədir və dövlət büdcəsindən maliyyələşmə mexanizmləri qeyri-müəyyəndir. Məktəb və kolleclərdə istifadə edilən dərslik və tədris planları çox vaxt müasir tələblərə cavab vermir".

Kamran Əsədov qeyd edib ki, münasib maliyyələşmə mexanizmlərinin və əlaqədar hüquq normalarının, eləcə də təhsil müəssisələrinin fəaliyyətləri üçün qabaqcıl monitorinq və qiymətləndirmə mexanizmlərinin olmaması və işçi heyətinin təlim səviyyəsinin qeyri-müəyyən olması da problemlər arasındadır:
"Bir çox hallarda müxtəlif sahibkarlıq tiplərinə aid olan müəssisələrlə texniki peşə təhsili müəssisələri arasında əlaqələrin zəif olması, ümumi təhsil müəssisələrində peşə təmayüllərinin olmaması və təhsil müəssisələrinin əmək bazarının ehtiyaclarına cavab verə bilməməsi kimi problemlərlə də qarşılaşılır. Hazırda məzunlarla əmək bazarının tələbləri arasında kəmiyyət və keyfiyyət baxımından böyük uçurum var.

Bu addım ölkənin müasirləşdirilməsinə və beynəlxalq müstəvidə rəqabətə davamlılığının təkmilləşdirilməsinə kömək edəcək. Yeni texnologiyaların yaradılması və enerjiyə qənaət, alternativ enerji və yaşıl texnologiya daxil olmaqla texnoloji və ekoloji istehsal tələbləri baxımından tələb olunan iqtisadi və sosial dəyişiklikləri sürətləndirən innovasiyaların təqdim edilməsi də bu addımın tərkib hissələri olmalıdır. Tədris prosesini müasirləşdirmək üçün texniki sahə üzrə lazımi bacarıq və biliklərə malik olan daha çox müəllim yetişdirilməlidir. Səmərəsizliyin və ancaq özəl sektorun inkişafının dəstəklənməsinin qarşısını almaq üçün dövlət texniki peşə təhsili sistemi səmərələşdirilməlidir.

Müasirləşdirmə təkmilləşdirilmiş hüquq normaları vasitəsilə müasir tələblərə, texniki peşə təhsili işçilərinin təkmilləşdirilmiş tədris prosesinə, maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsi, eləcə də təkmilləşdirilmiş idarəetmə strukturlarına əsasən həyata keçirilməlidir".

Ekspert vurğulayıb ki, ilkin texniki peşə təhsili sistemində çalışan əməkdaşların təkmilləşdirilmiş tədris, təkrar tədris və professional irəliləyiş proseslərindən keçmələrinə ehtiyac var:

"Eyni zamanda maddi baxımdan daha yaxşı motivasiya olunmaları, texniki sahə üzrə müəllimlər üçün fəaliyyətlərinin qiymətləndirilməsi yolu ilə dərəcələr üzrə və rəqabətə əsaslanan əmək haqqı miqdarlarının yaradılması zəruridir. Texniki peşə təhsili sisteminin dəyişməsi üçün digər mühüm sahə maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsidir. Biz çoxmənbəli maliyyə sxemləri tətbiq etməli və təhsil müəssisələrinin özlərini maliyyələşdirməsi yolu ilə müvafiq hökumət fondlarından və beynəlxalq dəstək proqramlarından səmərəli şəkildə istifadə edərək ilkin texniki peşə təhsili müəssisələrinin maddi-texniki təminatını qismən təkmilləşdirməklə büdcədənkənar vəsaitlərin əldə edilməsinə nail olmalıyıq.

Azərbaycanda texniki peşə təhsili sahəsinin imicini tam dəyişərək bu sahə üçün təkmilləşdirilmiş hüquqi və iqtisadi əsasların, eləcə də tədris əsaslarının yaradılmasına nail olmalıyıq. Buraya dövlət və özəl sektor arasındakı əməkdaşlığa əsaslanan idarəetmə sistemi, ilkin texniki peşə təhsili müəssisələri və kolleclərinin səmərələşdirilmiş şəbəkəsi və ilkin texniki peşə təhsili sisteminin yeni iqtisadi model əsasında maliyyələşdirilməsi daxildir.

Texniki sahədə daha yaxşı yetişdirilmiş müəllimlərin olması Azərbaycanda əmək bazarının tələblərinə cavab verən və ölkənin iqtisadi ehtiyaclarını ödəməyə qadir olan təhsilli işçi qüvvəsinin meydana gəlməsi ilə nəticələnəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1210   Tarix: 19 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib

Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqto

9 avqust
.

Kürdə batan qız Azərbaycan çempionu imiş

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub. Suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş. Qızın nənəsi Gülnaz Məmmədova APA-nın yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: "Gözümüz baxa-bax

10 avqust
.

Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi

Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39

10 avqust
.

Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADI

Şüşəli eyvanların geniş yayılması mənzillərdə əlavə istifadə sahəsi və estetik görünüş yaratsa da, bu cür konstruksiyaların layihələndirilməsi zamanı həm memarlıq, həm də təhlükəsizlik tələblərinə ciddi əməl olunması vacibdir. Xüsusilə yay aylarında günəş şüalarının birbaşa təsiri şüşəli eyvanlarda temperaturu

10 avqust
.

Paytaxtda axşam konsertləri keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiq

10 avqust
.

Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama

2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 100-1500 manatadək azaldılıb. Bu barədə ATU-dan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılmas

10 avqust
.

Universitet müəllimi vəfat edib

Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat və marketinq" kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib. xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. Bildirilib ki, 1964-cü ildə Naxçıvanda anadan olan Elşən Nəsirov uzun illər iqtisadiyyat və idarəetmə sahəsində çalışıb. O, müxtəli

10 avqust
.

Naxçıvana biletləri öncədən alın - AZAL-dan müraciət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir. xəbər verir ki, bununla bağlı AZAL məluma

10 avqust
.

Vaşinqton səfərinin uğurları göz önündədir

Vaşinqton səfərinin uğurları göz önündədir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a reallaşdırdığı tarixi səfərin üzərindən bir il ötür. Bu müddət ərzində həmin səfər zamanı əsası qoyulan proseslərin nəticələri daha aydın görünməyə başlayıb. Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərini

10 avqust