Şəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayəti

Aprel döyüşlərində ordumuz 24 illik həsrətə son qoymaqla tarix yazdı. Ancaq bu tarix igidlərin qanı ilə yazılmış həm qanlı, həm də şanlı tarix oldu. Aprelin qəhrəman şəhidlərindən olan Xaçmaz rayonunda doğulub, boya-başa çatan Elvin Mirzəyevin həyat yolunu təqdim edirik…

Mirzəyev Elvin Azadxan oğlu 1994-cü il fevralın 13-ü Xaçmaz şəhərində anadan olub. Evin sonbeşiyi olan Elvin həm də çox ərköyün uşaq olur. Özündən böyük olan 3 qardaşı hər zaman ona başqa cür diqqət yetirirlər. O şəhid Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra uşaqlıq arzusunu reallaşdırmaq üçün ali məktəbə sənət verir. Məhz tələbə olmaq onun ən böyük arzusu idi. 2011-ci ildə Azərbaycan Texniki Universitetinin Energetika fakültəsinə daxil olur. O, arzusunun ilk pilləsinə artıq çatmışdı. Tələbə adını qazandığı gün bəlkə də onun həyatının ən xoşbəxt günü idi.

Qardaşı Namik Mirzəyev həmin günlə bağlı danışır…
Elvin tələbə adını qazananda mən 4-cü kursda oxuyurdum. Xəbərin çıxdığı günün səhəri böyük qardaşım Faiqin toyu olacaqdı. Bayram bayrama qarışmışdı. Eşidəndəki Elvin tələbə adını qazanıb anam onu qucaqlayıb ağladı. Elvin dedi ki, siz məndən çox sevinirsiniz. O, ailənin sonbeşiyi olduğu üçün hamı onu əzizləyirdi. Həm də çox mehriban idi. Qardaşım tələbə olandan sonra Bakıya gəldi. Bir evdə kirayə qalırdıq. Elvin tez-tez Şəhidlər xiyabanına gəzməyə gedirdi. Sanki, ürəyinə bir gün şəhid olacağı gəlmişdi. Tələbəlik illərində mən, Elvin və bir Tural adlı dostumuz bir evdə qalırdıq. Bir gün Tural dəhşətli yuxunun təsirindən ağlayaraq qalxdı. Soruşduq ki, sənə nə oldu? O, gördüyü dəhşətli yuxunu bizə danışdı:

" Yuxuda gördüm ki, bizə çox yaxın bir insanı dəfn edirik. Onun dəfnində tanımadığımız çoxlu insanlar da var." Biz təəccüblə ona baxırdıq. Maraqlısı odur ki, o, yuxusunu Elvinə baxıb, danışırdı. Bu yuxudan 4 il sonra Elvin şəhid oldu.

Şəhidin həyatı haqqında Gülnaz ana danışır…
Elvin evimizin sonbeşiyi olduğu üçün ona münasibət tam başqaydı. Həm də çox şirin uşaq idi. Buna görə uşaq vaxtı qonşular onu aparıb evlərində saxlayırdılar. Hamı onu çox istəyirdi. Böyüdü istəyinə çatdı. Arzusu tələbə olmaq və bitirdikdən sonra işləmək idi. 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə getmək zamanı idi. Elvin hərbiyə getməzdən əvvəl qardaşlarından hərbi haqqında maraqlanırdı. Orada nəyin necə olduğunu soruşurdu. Elvinin sinəsində problem olduğu üçün düşünürdü ki, onu hərbiyə aparmazlar. Ancaq hərbi həkimlərin müayinəsindən sonra məlum oldu ki, hərbiyə yararlıdır. Onun hər sözü, hər fikri mənimlə idi. Axı evimizin sonbeşiyi idi. Onu son dəfə yola salanda narahat oldum. Çünki evə çox bağlı idi. Ancaq heç ağlıma belə gəlməzdi ki, oğlumu əlimlə yola salıb, tabutda qarşılayaram…

Qardaşı Namiq Elvinin hərbi xidmətə yollandığı vaxtdan danışır…
Şəhidimiz hərbiyə getdikdən sonra mənimlə tez-tez əlaqə saxlayırdı. Düzü çox narahat olurdum. Çünki Elvin evimizdə balaca olduğu üçün o qədər də çətinliyə öyrəşməmişdi. Mən özüm hərbidə olduğum üçün onu yaxşı başa düşürdüm. Özü də qulluq etdiyi yerdən razılıq edirdi. Artıq qarşıdan Novruz bayramı gəlirdi. Elvini görmək üçün Tərtərə getdik. Martın 19-da görüşdük. Onu görəndə tanımadım. Bizim gördüyümüz uşaq Elvin xeyli dəyişmişdi. Daha böyük olmuşdu. Görüşəndə xeyli söhbət etdik. Sonra biz evə qayıtdıq.

Həmin görüşdən sonra Elvinlə telefon danışığı oldu. Telefonda anama dedi ki, göndərdiyiniz dadlı yeməklərdən yeyirlər. "Canınıza dua edirik"- dedi. Həmin vaxt hər şey qaydasında idi. Normal xidmətini aparırdı. Hər şey Aprel girən kimi başladı.

Ana söhbətin Apreldən getdiyini eşidəndə davam edir…
Aprel ayı mənim qara ayımdır. Çünki ümidim, arzum olan Elvini həmin ayda basdırdım. Həmin günü xatırlaya bilmirəm. Aprelin 1-də gecə Elvinlə telefonda danışdım. Özü zəng etmişdi. Danışanda mənə dedi ki, hər şey yaxşıdır. Narahat olmayın. Ancaq qısa danışdıq. Elə bil uşaq harasa tələsirdi. Telefonda dedi ki, onları gecə təlimlərinə aparırlar. Lakin döyüş olacağından xəbəri yox imiş. Bizə də heç nə demədi. Telefon danışığında dedi ki, onları 3 gün əvvəl Tərtərdə bir şəhidin dəfninə aparıblar. Həmin vaxt səsi boğuldu. Sən demə, o gün Elvinə də qismət imiş. Heç ağlıma belə gəlməzdi ki, nəsə olar. Həmin gecə döyüş başlayacaqmış. Oğlumun səsini son dəfə eşidirmişəm…

Səhər açılanda xəbərlərdən eşitdik ki, Tərtərdə belə hadisələr olub. Tərtərin adını eşidəndə ayaqlarım qurudu. Heç o Tərtəri sevməmişdim. Bu gün də ora nifrət edirəm. Tərtər mənim balamı uddu. Mənim kimi bir neçə ananı gözü yaşlı qoydu. Elvin şəhid olandan sonra söz vermişəm ki, Tərtərə ömrümün sonuna kimi ayaq basmaram. Yalnız torpaqlarımız alınan zaman oğlanlarımı ora göndərərəm. Çünki, o düzlərdə mənim oğlumun qanı var. O düzlər bizim balalarımızın qanı ilə sulanıb.

Şəhidin atası Azadxan dayı söhbətin bu məqamında bayaqdan qoruduğu susqunluğu pozur. O oğlunun şəhid cənazəsinin necə gətirdiyindən danışır…
Artıq döyüş xəbərlərini eşidəndən sonra rahat dayana bilmədik. Xəbərlərdə şəhid verdiyimizi dedilər. Aprelin 3-də onun xidmət etdiyi Tərtərə getdim. Tərtərə çatanda gördüm ki, sanki şəhərin içərisində də müharibə gedib. Elvinin xidmət etdiyi hərbi hissə Şıxarx ( red- keçmiş Marquşəvan) ərazisində idi. Artıq ora çatanda vəziyyətin yaxşı olmadığını bildim. Mənə orada dedilər ki, Elvin itkin düşən 17 nəfərin içərisindədir. Hətta bir nəfər hərbçi dedi ki, onlar Axundov Əbdülməcid, Mahir Quliyev və Elvin bir yerdə yaralı vəziyyətdə qalıblar. Sonradan məlum olub ki, onlar qanaxmadan şəhid olublar. Bizə verilən məlumata görə bizim əsgərlər Ağdərə istiqamətində xeyli irəli gediblər. Həmin ərazidə güclü döyüşlərdən sonra onlara geri çəkil əmri verilib. O zaman oğlumgil şəhid olub. O vaxta kimi onlar düşmənə kifayət qədər zərbə vurublar.

Şəhid atası oğlunun yuxuda ondan kömək istəməsindən danışır…
Artıq Tərtərdən geri qayıtdım. Oğlumun meyiti hələ neytral zonada idi. Ancaq bizə bir dəqiq söz deyilmirdi. Ayın 8-də gecə yuxu gördüm. Elvin yuxuda mənə dedi: "Ata, gəl daha məni apar.Bəsdir". Bu yuxudan sonra ata tələsik Tərtərə yola düşür. O artıq övlad itkisinin reallaşdığını anlayırdı. Ancaq bunu etiraf etmək istəmirdi. Artıq Tərtərə çatan ata hər şeydən əlini üzmüşdü. Elə həmin vaxt o ömrünün ən acı xəbərini eşidir. Hərbçilər ona "oğlun şəhid olub" deyirlər. Bu kəlməni eşidən şəhid atası daha sonra baş verənləri bu gün belə xatırlaya bilmir.

"Mənə deyəndə ki, Elvin şəhid olub, elə bildim torpaq ayağımın altından qaçdı. Bu sözü eşitməyə hazır deyildim axı… Tərtərdə yerləşən morqdan oğlumun meyitini tapa bimədiyim üçün Yevlaxa gəldim. Artıq orada ömrümün sonuna kimi unuda bilməyəcəyim səhnəni yaşadım. Oğlumun cansız bədəni morqda idi. Artıq bu hər şeyin sonu idi. Qəbul etdim ki, oğlumla ömürlük vidalaşdım."

Elvinlə daha yaxın olan ortancıl qardaşı Namiq onun şəhid Əbdülməcid Axundovla dostluğundan və şəhidliyindən danışır…
Sumqayıtdan olan şəhid Əbdülməcid Axundovla qardaşım universitetdə bir yerdə oxumuşdular. Həm də çox yaxın idilər. Qismətə baxın ki, onlar hərbiyə də bir hərbi hissəyə düşdülər. Həmin vaxt sevindik ki, Məcid qardaşım Elvindən də muğayət olar. Hətta telefonda danışanda Məcidə demişdim ki, mənim qardaşımda da gözü olsun. Məcid də mənə söz verdi. Elə sözünün də üstündə durdu. Qardaşımla bir yerdə, yan-yana şəhid olmuşdu. Hətta onların cansız bədənləri həmin ərazilərdən tapılanda maraqlı bir mənzərə yaranmışdı. Məcid olan yerə mərmi düşdüyü üçün böyük çuxur əmələ gəlibmiş. Həmin vaxt ayağında yaralanan Məcid yarasını bağlayıb və qarşıda şəhid olan qardaşınmın yanına sürünə-sürünə gəlib. Onun yanındaca şəhid olub. Onların meyiti tapılanda Məcidin əli qardaşımın ayağından tutulu vəziyyətdə imiş. Bu da onların taleyinin sonu. Bir yerdə oxudular, bir yerdə hərbiyə getdilər, bir gündə şəhid oldular və bir gündə də dəfn edildilər. O qardaşımı sona kimi tək buraxmadı. Bayramda da onunla danışmışdım.
Gülnaz ana sonda təsəllisindən danışır…

Elvin şəhid olduqdan sonra həyatım zülmətə büründü. Bu gün mənim yeganə təsəllim onunla bağlı yazılan yazılar və xoş sözlərdir. Şəhid anasını yalnız bu təsəllisi ola bilər.Onu unutmayan hər kəsə təşəkkür edirəm.
(femida.az)
Şəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayətiŞəhid anası: "Bu yuxudan 4 il sonra Elvin şəhid oldu" - Həyat hekayəti


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 3537   Tarix: 17 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart 2024
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral