Prokurorluq əməkdaşları onlayn platformada iştirak edib

Prokurorluq əməkdaşları onlayn platformada iştirak edibProkurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.

Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

Cari ilin 5-11 sentyabr tarixlərində Avstriyanın Vyana şəhərinin Laksenburq vilayətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) təşkil etdiyi 45 müxtəlif ölkələrdən olan 102 nümayəndənin iştirakı ilə keçirilən 2020 Beynəlxalq Antikorrupsiya onlayn platforma qaydasında (videoformat rejimində) Yay Akademiyasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Əhməd Həsənov və Abşeron Rayon Prokurorluğunun müstəntiqi Günay Süleymanova iştirak ediblər.

Qabaqcıl tədris mərkəzlərindən biri olmaqla, təsis olunduğu 2011-ci ildən bugünədək 1 000-dən artıq məzunu olan, dünyanın inkişaf etmiş ölkələri, həmçinin Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Antikorrupsiya Akademiyası tərəfindən hər il olduğu kimi bu il də təşkil olunmuş videoformatda keçirilmiş yay akademiyasının təlim kursunda dünyanın mötəbər təhsil müəssisələrində, eləcə də digər sahələrdə fəaliyyət göstərən 12 nəfər ekspert iştirak edib.

Mühazirələrdən daha çox Guido Palazzonun "Niyə yaxşı menecerlər düzgün olmayan qərarlar qəbul edirlər", Muştaq Xanın "Korrupsiya və İqtisadi İnkişaf" və Riçard Messik, Hamiş Qold-Skot və Fernando Dayerin birlikdə təşkil etdiyi "İnfrastruktur sahəsində Korrupsiyanın qarşısı necə alınmalı" mövzuları iştirakçılar tərəfindən daha maraqla qarşılanıb, həmin mövzular ətrafında geniş və daha aktiv müzakirələr aparılıb.

Tədrisin sonunda imtahan təşkil edilib və imtahanı uğurla başa vuran prokurorluq əməkdaşları Beynəlxalq Antikorrupsiya Akademiyasının 2020 Yay akademiyasını bitirmələri ilə əlaqədar sertifikatla təltif ediliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 839   Tarix: 17 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

4 may
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

4 may