Bu rayonda içməli su problemi noyabrda həll olunacaq

Bu rayonda içməli su problemi noyabrda həll olunacaqŞirvan-Muğan qrupu su kəmərindən Neftçalaya çəkilməli olan 44 km uzunluğunda magistral su kəmərinin artıq 38 km-i quraşdırılıb.

Sonxeber.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, ötən gün Cəmiyyətin rəhbərliyi Neftçala rayonunda görülən işlərlə yerində tanış olub: "Azərsu" sədrinin I müavini Teyyub Cabbarov və sədr müavini Etibar Məmmədov Neftçala rayonunda olublar. Rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə işlərin gedişi müzakirə edilib, layihənin vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlar verilib. Neftçala rayonunu içməli su ilə təmin edəcək kəmərin Kür çayı ilə kəsişmə nöqtəsində işlərə başlanılıb. Burada dəmir-betondan ibarət dayaqlar tikiləcək, onun üzərində estaka quraşdırılacaq və kəmər həmin estakadanın üzərindən (Kür çayının üstündən) aparılacaq".

A.Cəbrayıllı vurğulayıb ki, kəmərin böyük hissəsi, 38 km-i artıq çəkilib, eyni zamanda Salyan rayonu ərazisində su anbarının tikintisinin də böyük hissəsi icra olunub: "İşlər qrafika uyğun şəkildə davam etdirilərsə, cari ilin noyabr ayında artıq su kəməri şəhərin mövcud şəbəkəsinə birləşdiriləcək. Beləliklə, Kür sutəmizləyici qurğularında emal olunan və Şirvan-Muğan qrup su kəməri ilə nəql olunan içməli su Neftçala sakinlərinə çatıdırlcaqdır".

Xatırladaq ki, bu günə qədər Neftçala rayonuna verilən su birbaşa Kür mayından götürülüb, qismən təmizlənmiş formada əhaliyə verilirdi. Cari ilin yay mövsümündə Kür çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən yaşanan su problemi də ən çox Neftçala rayonunda özünü göstərib. Artıq 3 aydan çoxdur ki, Neftçala şəhəri və 30-dan artıq kəndə içməli su Salyan rayonundan maşınlarla daşınır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 915   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr