Pakistan XİN: Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır
Pakistan Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən dərin narahatlıq hissi keçirir.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin dinc əhalisini intensiv atəşə tutması qınaq hissi doğurur və acınacaqlıdır. Bu hərəkətlər bütün bölgənin sülh və təhlükəsizliyini təhlükə altına ala bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün döyüş əməliyyatlarına son qoymalıdır".
Bəyanatda vurğylanır ki, Pakistan qardaş Azərbaycan xalqını və onun özünümüdafiə hüququnu dəstəkləyir: "Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə cavab verən mövqeyini dəstəkləyirik".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 8742 Tarix: 27 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycan-Qırğızıstan sənədləri imzalanıb
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb
24 aprelİlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların
25 aprelİlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"
"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund
23 aprelAzərbaycan XİN Avropa Parlamentinə cavab verib
Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib
26 aprel