İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi

İcaze.e-gov.az portalı yenidən aktivləşdirildiKomendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.

"ASAN Xidmət"dən Sonxeber.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə 2020-ci il 28 sentyabr saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir.

Nazirlər Kabinetinin 28 sentyabr tarixli 358 nömrəli qərarında fəaliyyətinə icazə verilən dövlət qurumlarının, eləcə də fiziki və hüquqi şəxslərin əməkdaşlarının fəaliyyəti üzrə icazə elektron imza vasitəsilə icaze.e-gov.az portalı üzərindən əldə ediləcək. Portaldan icazələr yalnız fəaliyyəti 21.00-dan 06.00-dək zəruri olan əməkdaşlar üçün əldə edilməlidir.

Bunun üçün dövlət və özəl təşkilatlarının möhür səlahiyyətli şəxsi "ASAN Login" vasitəsi ilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sistemə giriş "ASAN Login"də mövcud olan "Asan İmza" və "Elektron İmza" vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda "İcazələr" düyməsi sıxılır və açılan pəncərədə "Yeni" düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir. Bundan sonra "əməkdaş barədə məlumatlar", həmçinin "Nəqliyyat vasitəsi barədə məlumatlar" və "İcazə barədə məlumatlar" müvafiq olaraq daxil edilərək "Yadda saxla" düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra "Təsdiqlə" xanası işarələnir və "Yadda saxla" düyməsi sıxılır. "Təsdiqlə" düyməsi sıxıldıqdan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinə göndərilir və həmin müraciət üzərində dəyişikliklər etmək mümkün olmur. "Təsdiqlə" düyməsi sıxılmayıbsa, "İcazələr" bölməsində əks olunan həmin icazə məlumatları "Redaktə" və "Sil" düymələrinin köməkliyi ilə müvafiq olaraq dəyişdirilə və ya sistemdən silinə bilər. "İcazələr" bölməsində sətrlər üzrə əks olunan icazələrin üzərinə klik etməklə onların mövcud statusu barədə məlumat əldə etmək olar. Bundan əlavə möhür səlahiyyətli şəxs sol tərəfdə yerləşən "Səlahiyyətlərin verilməsi" düyməsini klik etməklə açılan pəncərədə "Əlavə et" düyməsini sıxaraq sistemdən istifadə üçün digər şəxsə səlahiyyət verə bilər. Bunun üçün səlahiyyət vermək istənilən şəxsin FİN və şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilərək "Yadda saxla" düyməsi sıxılır. Qeyd edək ki, səlahiyyət veriləcək şəxsin gücləndirilmiş elektron imzası həmin təşkilatın VÖEN-inə bağlı olmalıdır.

Vətəndaşlar mövcud icazələrinin statusuna "myGov" portalında baxa bilərlər. Bunun üçün vətəndaş "myGov" portalına daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarım" bölməsini seçə, açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış"ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilərlər.

Fəaliyyət sahəsinə icazə verilən qurumlarla bağlı suallar üçün İqtisadiyyat Nazirliyinin 195 Çağrı xidməti ilə, icazə.e-gov.az portalında icazələrin alınması ilə bağlı məlumat üçün isə "ASAN xidmət"in 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5131   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib

7 may
.

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edili

7 may
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

7 may
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

7 may
.

Keçmiş məhkum yenə narkotiklə tutuldu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb. Bu barədəSonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunda

7 may
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesd

7 may
.

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda bəzi dəyişikliklər ediləcək. xəbər verir ki bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılacaq. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqlar

7 may
.

Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşünd

6 may
.

Əhməd Cavadın nəticəsi: "Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!"

"Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sove

6 may