Düşmənin kabusuna çevrilən "Bayraktar TB2" nəyə qadirdir? - İZAH EDİRİK

Düşmənin kabusuna çevrilən "Bayraktar TB2" nəyə qadirdir? - İZAH EDİRİK"Dağlıq Qarabağ səması tamamilə pilotsuz təyyarələrin nəzarəti altındadır. Biz görürük ki, zirehli texnikaların istifadəsi mümkünsüzdür. Hətta müdafiə silahları ilə təchiz olunmuş texnikalar belə pilotsuzlar qarşısında tamamilə müdafiəsizdir".

Sonxeber.az techland.az-a istinadən bildirir ki, bu fikirləri hərbi ekspertlər Azərbaycan ordusunun işğal altındakı ərazilərin azad olunması üçün keçirdiyi əməliyyatlarda istifadə etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatları barədə səsləndirir.

Türkiyənin "Bayraktar Makina" şirkətinn istehsalı olan "Bayraktar TB2" aparatı Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistana məxsus hərbi obyektlər, zirehli texnikalar, RƏM sistemləri və canlı qüvvənin məhv edilməsində istifadə olunur.

Qardaş ölkədə qısaldılmış adı SİHA (Silahlı İnsansız Hava Aracı) olaraq bilinən pilotsuz uçuş aparatları Ermənistan üçün kabusa çevrilib.

"Bayraktar TB2"-nin texniki xarakteristikası belədir:

Uzunluğu: 6,5 metr
Qanadların genişliyi: 12 metr
Maksimal uçuş çəkisi: 650 kiloqram
Yükgötürmə qabiliyyəti: 55 kiloqram
Maksimal sürəti: 222 km/saat
Kreyser sürəti 130 km/saat
Fəaliyyət radiusu: 150 kilometr
Xidmət yüksəkliyi - 27.000 fit
Havada qalma müddəti - 27 saat

"Bayraktar TB2" avtomatik uçuş və eniş sistemi ilə təchiz olunub. Tank əleyhinə iki raket və Roketsan MAM-L və ya MAM-C lazerlə idarə olunan döyüş sursatı daşıyır. Pilotsuz uçuş aparatı kamera və nəzarət sistemlərilə də təchiz olunub.

Bu da ona kəşfiyyat məqsədləri üçün istifadə etməyə imkan verir. MAM-L sistemi L-UMTAS uzun mənzilli tank əleyhinə raket sisteminin lazer modifikasiyası kimi hazırlanıb. Əsas baza versiyasından onunla fərqlənir ki, raket mühərriki yoxdur və "glider" uçuş üçün qanadlarla təchiz olunub.

"Baytaktar TB2" PUA-nın əsas istifadəçiləri Türkiyə Hərbi Hava Qüvvələridir. Türkiyə ilə yanaşı Qətər və Ukrayna ordusu da pilotuzlardan istifadə edir. Dağlıq Qarabağın işğaldan azad olunması əməliyyatları göstərdi ki, "Bayraktar TB2" Azərbaycan ordusunun arsenalında da var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8497   Tarix: 10 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021