ETSN: Gəncəyə hücum insanlığa qarşı ən böyük cinayətdir

ETSN: Gəncəyə hücum insanlığa qarşı ən böyük cinayətdirAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ermənistan silahlı qüvvələrinin təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə zərbə vuran əməllərini qətiyyətlə pisləyib.

ETSN-in Mətbuat xidmətindən Sonxeber.az-a daxil olan məlumatda bildirilir:

"İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan və müxtəlif raket sistemlərindən atəşə tutmağa davam edir.

Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixində cənubi Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını və Su anbarını hədəfə almaqla, cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən iri sənaye şəhəri Mingəçevirə və eyni zamanda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raketlər atıb.

Mingəçevir Su Anbarı Azərbaycanın, həmçinin cənubi Qafqazın ən iri sututarlarından biridir və düşmən tərəfindən Su Anbarının raket atəşinə tutulması və ekoloji fəlakətlərə səbəb olacaq hərəkətlərə əl atması bir çox beynəlxalq konvensiya və qərarların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji Müxtəliflik haqqında və eyni zamanda Səhralaşmaya, torpaqların deqradasiyasına qarşı mübarizə Konvensiyalarından irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır.

Hərbi əməliyyatlar keçirilən bölgədən uzaqda, Gəncə şəhərində mülki əhaliyə qarşı dağıdıcı raketlərdən istifadə etməklə dinc əhalinin ölümünə səbəb olmaq isə insanlığa qarşı ən böyük cinayətdir.

Ermənistan silahlı qüvvələrinin təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə zərbə vuran bu əməllərini qətiyyətlə pisləyirik.
Dünyanın beynəlxalq ekoloji və humanitar təşkilatlarını işğalçı Ermənistanı insan haqlarına, beynəlxalq təbiəti mühafizə tələblərinə və beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2034   Tarix: 11 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart 2024
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral