XİN ermənilərin Tərtərdə dəfn zamanı qəbiristanlığı qəsdən atəşə tutmasını pisləyib

XİN ermənilərin Tərtərdə dəfn zamanı qəbiristanlığı qəsdən atəşə tutmasını pisləyibOktyabrın 15-də Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam edib. Səhər saatlarından etibarən, Azərbaycanın Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonları artilleriya atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda dəfn mərasimi zamanı qəbiristanlığı bilərəkdən atəşə tutması nəticəsində 3 mülki şəxs həyatını itirib, 5 nəfər isə ciddi xəsarət alıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, məqsədli şəkildə Azərbaycanlı mülki şəxsləri hədəfə alaraq dinc insanların hər hansı fərq qoyulmadan qətl edilməsi halı olan bu akt, Ermənistanın törətdiyi növbəti barbarlıq və insanlıq əleyhinə cinayətidir. Ermənistan tərəfindən humanitar atəşkəsin kobudcasına pozulması bir daha onu nümayiş etdirir ki, bu ölkə münaqişənin siyasi həllində maraqlı deyil və Azərbaycana qarşı təcavüz siyasətini davam etdirmək məqsədini güdür.

"Ermənistanın təcavüzkar siyasətini və bu ölkənin təcavüzü zamanı törətdiyi müharibə cinayətlərini qətiyyətlə pisləyirik. Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərə hörmət etməyi tələb edirik. Humanitar atəşkəsə sadiq olduğumuzu qeyd edərək, Azərbaycanın öz mülki əhalisini müdafiə etmək suveren hüququnu özündə saxladığını bəyan edirik", - açıqlamada vurğulanıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3314   Tarix: 15 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA

Azərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana yola salınması regionda sülh və əməkdaşlıq prosesinin real nəticəsidir. Bunu Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri, siyasi şərhçi professor Petre Mamradze deyib. Onun sözlərinə görə, b

19 dekabr
.

"Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri -a Milli Məclisin deputatı Müşfiq Cəfəro

12 dekabr
.

Prezident xanımı və qızı ilə Fəxri xiyabanda - Fotolar

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyaban

12 dekabr
.

Vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə

19 dekabr
.

İlham Əliyev Avstraliyanın baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb. -a istinadən məktubun mətnini təqdim edir:. "Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barəd

15 dekabr
.

"Heç kimin şəxsi ambisiyası Azərbaycanın dövlət maraqlarından və milli təhlükəsizliyindən üstün ola bilməz" - DEPUTAT

"Son günlər Ramiz Mehdiyevin Vətənə xəyanət ittihamı ilə ifşa olunması, onun xəyanət məzmunlu məktubunun üzə çıxması cəmiyyətin haqlı hiddətinə səbəb olub. Söhbət dövlətin özülünə, onun suverenliyinə və milli müstəqilliyinə qarşı qəsdən yönəldilmiş, bağışlanmaz xarakter daşıyan təhlükəli və xəyanətka

15 dekabr