İlham Əliyevdən Paşinyana: "İndi gəl Füzuliyə, orada de, "Qarabağ Ermənistandır"
"Ermənistanın baş naziri, "Qarabağ Ermənistandır" deyirdin, nə oldu? İndi gəl Cəbrayıla, Füzuliyə, Hadruta, orada de, "Qarabağ Ermənistandır".
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.
O bildirib ki, Ermənistanın baş naziri İrəvanda oturub bəyanatlar verməklə məşğuldur:
"Azərbaycanın işğaldan azad etdiyi ərazilərə gəl, orada "Qarabağ Ermənistandır" de. Hər gün dünya liderlərinin zəhləsini tökürsən. Niyə demirsən, "Qarabağ Ermənistandır"? Qorxursan? Bəs Azərbaycan xalqını təhqir edəndə, "Qarabağ Ermənistandır" deyəndə cəsarətli idin.
Kimə arxalanırdın? Bilmirdin, gün gələcək, cavab verəcəksən? Həmin gün gəlir və gəlib. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir. Bunu nümayişkaranə etmələri qanunaziddir.
İndi baxım, görüm, kim gələcək Şuşada məskunlaşmağa? Cəbrayıla Ermənistandan yol çəkirdin ki, qanunsuz yollarla Azərbaycan torpağını zəbt edəsən. Nə oldu? Məqsəd bizim əzəli torpaqlarımızı erməniləşdirmək idi.
Füzuliyə eybəcər bir ad veriblər. O ad sizin başınıza dəysin, cəhənnəmə getsin. "Madagiz" adı da daha yoxdur. Biz bütün adları bərpa edəcəyik.
Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün. İndi köçür görüm, necə köçürəcəksən? Saxta quldur dəstə başçısının "andiçmə" məsasimi keçirdiyiniz yerə bax, darmadağın etmişik oranı. Yeddi şərt qoyurdun, nə oldu? Onun-bunun ətəyindən yapışıb imdad diləyirsən ki, Azərbaycanı dayandırın.
Rədd ol torpağımızdan, dayanaq. Hər gün bunu deyirəm. Sabah "Buradan çıxıram" de, Azərbaycan dayansın. Bizə qan tökmək lazım deyil, bizə torpaqlarımız lazımdır. Azərbaycan xalqını təhqir etmək Ermənistan rəhbərliyinə baha başa gəlir"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3693 Tarix: 17 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabrBəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrAzərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -
20 dekabrMeyxanaçı Kərim dəfn edilidi (FOTO)
Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə
20 dekabrSabah hava necə olacaq? - PROQNOZ
Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə
21 dekabr