Ermənistanın ordusu, ictimai və siyasi mühiti parçalamaq ərəfəsindədir-DEPUTAT

Ermənistanın ordusu, ictimai və siyasi mühiti parçalamaq ərəfəsindədir-DEPUTATÖlkədə və orduda mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Musa Quliyev bildirib ki, Paşinyan qeyri-ciddi addımdır və o, siyasi, dövlət xadimi keyfiyyətlərindən məhrum bir şəxsdir:

"Onun hansı addım atacağı bilinmir. Baxmayaraq ki, onun partiyasının adı "Mənim addımım"dır . Paşinyan olduqca böyük səhvlər edib. Bu, səhvlər nəyinki Paşinyanın, hətta Ermənistan dövlətinin sonunu gətirə bilər. Nikol Paşinyan Azərbaycanla düzgün danışıqlara getmədi və doğru mövqedə dayanmadı. O, gah Azərbaycanı hədələdi, gah Qarabağ Ermənistandır dedi, gah da biz əlavə torpaqlar tutacağıq dedi. Nəhayət ki, Azərbaycanın onu etdiyi hərəkətlərə cavab verilir".

Deputat qeyd edib ki, bu gün Erməistanın ordusu, iqtisadiyyatı, ictimai və siyasi mühiti dağılmaq, parçalamaq ərəfəsidədir:

"Ermənistanda çox dərin böhran yaşanmaqdadır. Bu böhran nəticəsində Paşiyanın özünündə faciəsi başlayıb. Ona görə də onlar qeyri-adekvat hərəkətlər edirlər. Paşinyan gah xaricdə yaşayan ermənilərə müraciət edərək, diasporada yardım istəyir, onlardan Dağlıq Qarabağda vuruşmaqlarını tələb edir.

Bir tərəfdən də Paşinyan müxtəlif yollarla, ictimai xadimlər, təşkilatlar və dövlət başçıları vasitəsilə cənab prezindetə yalvarır ki, atəşkəs elan olunsun, danışıqlara getməyə və şərtləri qəbul etməyə hazır olduğunu söyləyir. Paşiyanın erməni xalqına verdiyi sözlərlə reallıq bir-biri ilə zidiyyət təşkil edir. Qarabağ Azərbaycandır deyib, Şuşada andiçmə mərasimi keçirəndə, yalançı parlametlərini Şuşaya köçürəndə o, bilmirdi ki, Azərbaycan xalqı bunun itiqamını ondan alacaq. Hazırda almaqdadır".

Deputat vurğulayıb ki, Paşinyanın sonu demək olar ki, çatmaqdadır:

"Ermənistanın keçmiş prezidetləri birləşib, onu devirməyə çalışırlar. Artıq əsgər anaları çöllərə axışaraq oğullarının meyitini tələb edir və övladlarının itiqamını ondan alırlar. Burada söhbət təkçə Paşiyanın şəxsi faciəsindən getmir. Bütövlükdə Ermənistanın siyasi elitasının məğlubiyyətindən və gələcəkdə mövcud olub, olmamasından söhbət gedir. Ermənistanın iqtisadiyyatı bərbad gündədir, ordu tamamilə dağılıb, insanlar arasında çox ciddi panika və ruh düşkünlüyü var.

Dağlıq Qrabağdakı erməniləri silah gücünə orada saxlayırlar. Sakitlik yaranan kimi nəyinki Dağlıq Qrabağda, heç Ermənistanda bir dənə də erməni qalmayacaq. Bunu artıq Paşinyan dərk edir. Ona görə də müxtəlif yollarla cənab prezidentə yalvarır ki, sülh olsun və qoyduğumuz şərtlərlə razı olduğunu söyləyir. Azərbaycan şərtini aydın şəkildə ortaya qoyur. Erməni quldurları torpaqlarımızdan rədd olub getməlidir. Əvvəlki kimi daha status-kvo və təmas xətti yoxdur. Artıq təması Ali Baş Komandan və Azərbaycan ordusu müəyyən edir. Nəyinki Dağlıq Qarabağda bütün cənubi Qafqazda sülh olacaq. Bu sülhü də Ali Baş Komandan və Azərbaycan ordusu gətirəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1619   Tarix: 19 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel