Türkiyə Azərbaycan üçün qardaş ölkə, ən yaxın müttəfiq və dostdur- RƏY
Türkiyə indi təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır.
Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir və nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Qeyd edilir ki, Türkiyənin prosesdə iştirakı sabitlik gətirəcək.
Zərurət yarandığı hallarda Azərbaycan- Ermənistan münaqişəsinin nizamlanması prosesində Türkiyənin fəal iştirakının olması da qaçınılmazdır.
Mövzu ilə bağlı Sonxeber.az-a politoloq qabil Hüseynli danışıb:
"Azərbaycan Türkiyə ilə heç bir dövlətlə olmadığı kimi çox yaxın münasibətlərə malikdir. Biz Dağlıq Qarabağ probleminin həllində başlatdığımız əks hücum xarakterli müharibədə də Türkiyənin dəstəyini hiss edirik.
Dəstək təkcə güclə, əsgər qüvvəsi ilə olmur, mənəvi, siyasi, vaxtilə bizə verilmiş silah- sursatın idarə edilməsində (PUA-ların müharibədə həlledici rol oynamasında) olan kömək də nəzərdə tutulur.
Cənubi Qafqazın Türkiyəsiz gələcəyi yoxdur. Belə hesab edirəm ki, Türkiyə Qafqazın gələcəyində, eləcə də Azərbaycan- Ermənistan münasibətlərinin tənzimlənməsində önəmli rol oynamalıdır.
Bizim ordumuzun başqa ölkənin canlı qüvvəsinin köməyinə ehtiyacı yoxdur. Sadəcə döyüş texnikası və digər vasitələrə ehtiyacımız olanda onu digər ölkədən ala bilirik.
İndiki döyüşlərdə Türkiyənin rolu çox böyükdür. Sözügedən ölkə 30 ildir turist kimi bölgəyə gəlib- gedən ATƏT-in Minsk Qrupu müharibə qurtarandan sonra danışıqlar prosesini idarə etməsinə razı deyil. Türkiyə istəyir ki, 2+2 prinsipi ilə, yəni Türkiyə- Azərbaycan, Rusiya- Ermənistan prinsipi üçün danışıqlar prosesi başlanılsın. Proseslər arasında iki ölkə arasında münasibətlər tənzimlənsin".
Şəlalə Babayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1182 Tarix: 23 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşErmənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021