Prezidentin köməkçisi: "Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"
"Xaricdən döyüşçüləri gətirib müharibədə istifadə etmək - Azərbaycanın siyasətində belə bir şey yoxdur. Azərbaycanın nizamlı, peşəkar ordusu var. Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilir. Xaricdən döyüşçülərin Azərbaycana gətirilməsi iddialarını irəli sürənlər konkret bir şey demirlər, ümumi şəkildə "Qarabağda xarici muzdlular var" deməklə kifayətlənirlər".
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera" kanalına müsahibəsində deyib.
"Əksinə, erməni tərəfindən xüsusilə Suriya və Livandan gətirilən muzdlular var. Ermənistan onları Azərbaycan Ordusuna qarşı döyüşlərdə istifadə edir. Həmçinin Avropa ölkələrinin, Kanada, ABŞ kimi ölkələrin erməni əsilli vətəndaşları da onlar tərəfindən vuruşurlar. Ermənistanın terrorçu PKK silahlılarından da istifadə etdikləri barədə məlumatlarımız var. Azərbaycan kiçik dövlətdir. Əgər burada muzdlular olsaydı, hamı bunu bilər və bu barədə eşidərdi. Heç kim muzdluları görməyib və bu barədə eşitməyib. Hesab edirəm ki, bu iddialar Ermənistanın qara təbliğatının bir hissəsidir. Ermənilər qəbul edə bilmirlər ki, onların qarşısında duran, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur. Türkiyə Ordusunun da bu müharibədə iştirak etməsi ilə bağlı iddialar tamamilə yalandır. Türkiyə bizə mənəvi, diplomatik və siyasi dəstək verir. Bu müharibədə üçüncü tərəf yoxdur. Azərbaycan Ordusu ölkəmizin ərazisini azad etmək üçün vuruşur", - deyə Prezidentin köməkçisi bildirib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1799 Tarix: 27 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin
26 aprelKörpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç
26 aprel"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda
26 aprelBakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO
Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər
26 aprelŞoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb
"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib
26 aprelAz qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü
İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını
26 aprel