Hindistan beynəlxalq uçuşların bərpasını təxirə saldı

Hindistan beynəlxalq uçuşların bərpasını təxirə saldıHindistan Baş Mülki Aviasiya İdarəsi (DGCA) beynəlxalq kommersiya sərnişin uçuşlarının bərpasını noyabr ayının 30-dək təxirə salıb.

Sonxeber.az qurumun açıqlamasına istinadən xəbər verir ki, bu qərar yük təyyarələrinə, habelə DGCA tərəfindən xüsusi icazə verilən təyyarələrə şamil olunmur.

Qeyd edək ki, ölkə tərəfindən müntəzəm beynəlxalq uçuşlar 23 mart tarixindən dayandırılıb. Bununla belə may ayının 7-dən koronavirusla bağlı məhdudiyyətlər nəticəsində Hindistan və xarici ölkə vətəndaşlarının vətənə qaytarılması məqsədi daşıyan "Vande Bharat Mission" çərçivəsində beynəlxalq çarter uçuşları, iyul ayından etibarən isə 18 ölkə ilə "hava köpüyü" (air bubble) adlı ikitərəfli sazişlər çərçivəsində ayrı-ayrı təbəqələrə aid sərnişinlər daşınırdı.

Bundan əvvəl Hindistanda koronavirusa yoluxmaların bir qədər səngiməsi nəticəsində turistlərdən başqa, əcnəbilərə ölkəyə gəlmək icazəsi verilmişdi.

Qeyd edək ki, koronavirusa ümumi yoluxma sayına görə ABŞ-dan sonra ikinci yerdə olan Hindistanda COVID-19-a indiyədək 8 milyona yaxın insan yoluxub, bunların 7,25 milyondan çoxu sağalıb. Hazırda müalicə olunanların sayı 610 mindən bir qədər artıqdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1094   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni

17 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021