Aydın Tağıyev Azərbaycan ordusu üçün Zəfər Marşı yazdı- VIDEO
Bir aydan çoxdur ki, Azərbaycanın işğal altında olan torpaqlarını erməni terrorçularından təmizləmək uğrunda ikinci Vətən Müharibəsi davam edir. Şücaətlə irəliləyən Azərbaycan Ordusunun qələbə xəbərləri hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Qəlbi vətən eşqilə döyünən xalqın hər bir nümayəndəsi öz sahəsində bacardığı qədər ordumuza mənəvi dəstək olmağa çalışır.
Sonxeber.az xəbər verir ki, belə təşəbbüslərdən biri də Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev tərəfindən gəlib. O, Azərbaycanın müzəffər ordusunun şərəfinə "Zəfər Marşı" şeirini yazıb. Marşın sözlərində ordumuz ulu türkün yadigarı kimi anılır, hər qələbə yeni nəsillərə daha firavan gələcəyin ümidi kimi təqdim edilir.
Müəllif bildirir ki, "Zəfər Marşı"nın Şuşada səslənəcəyi, qalib ordumuzun qələbə bayrağını müqəddəs torpaqlarımızda dalğalanacağı günü səbrsizliklə gözləyir:
"Bu bizim haqq davamızdır. Mən əminəm ki, tezliklə işğal altında olan torpaqlarımızın hər birində Azərbaycan torpağı dalğalanacaq. Arzum budur ki, qalib ordumun qələbə bayrağı Şuşadan Azadlıq Meydanına gətirilib qürurla nümayiş etdirilsin. Şeiri yazarkən, müzəffər ordumun xalqımıza yaşatdığı qürur hissi və qələbə sevincindən ruhlandım. Nə xoş mənə ki, qələbə qalasının bir daşı da mən oldum!"
"Zəfər Marşı"nın sözlərini təqdim edirik:
Qarabağ çağırır müzəffər ordum
Başqa yol qalmadı, bir yol var - savaş!
Yeni nəsillərə qalmasın deyə...
Bu ağrı, bu acı, bu qan qalx savaş!
Sən bizim fəxrimiz, həm qürurumuz.
Zəfərin mübarək şanlı ordumuz!
Axı sən qocaman türk oğlu, türksən.
Düşmənlər düşünsün, onlar ağlasın
Açsın qaraları başından Şuşa,
Müzəffər ordumuz zəfər qazansın.
Sən bizim fəxrimiz, həm qürurumuz.
Zəfərin mübarək şanlı ordumuz!
Artıq haqq günüdür, qisas vaxtıdır.
Düşmənin başına kül ələnəcək.
Qalxıb Azərbaycan ayaq üstədir.
Bu gecə yer qopub, göy dillənəcək!
Sən bizim fəxrimiz, həm qürurumuz.
Zəfərin mübarək şanlı ordumuz!
Sən bizim fəxrimiz, həm qürurumuz.
Zəfərin mübarək şanlı ordumuz!
Qeyd edək ki, mahnını müğənni Cavidan Fatihi ifa edir.
Həmin marşı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1700 Tarix: 01 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU
Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d
15 dekabrRamil Səfərovun xanımına vəzifə verildi
Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd
14 dekabrDövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri
13 dekabrBəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal
15 dekabrİcra başçısı baş mütəxəssisi işdən çıxardı
Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) sürücülərindən işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynəli Süleymanov baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat olmayıb
15 dekabrXalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı
Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail
15 dekabrSəidə Haqverdiyeva vəzifədən azad olundu
Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub
13 dekabr500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo
14 dekabr