Azərbaycan Prezidenti: "28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək"

Azərbaycan Prezidenti: "28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək"Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.

"Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir.

Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır", - deyə dövlətimizin başçısı bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1736   Tarix: 08 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel