Arutyunyanın Rusiyaya səfərinin şok pərdəarxası - Politoloq açıqladı
İnanmıram ki, separatçı Arayik Arutyunyan Moskvaya hansısa siyasi məsələlərin həlli üçün gedib. Ehtimalım budur ki, separatçının Rusiyaya səfərinin məqsədi dilənmək, oradakı erməni iş adamları, erməni biznesmenlərindən pul toplamaqdır. Bir növ lazım gəlsə, onların vasitəsilə silah almaq və Ermənistana göndərilməsinə nail olmaq niyyəti güdüb.
Sonxeber.az bildirir ki, bunu Teleqraf.com-a separatçı Arayik Arutyunyanın Moskva səfərinin məqsədlərini şərh edən professor Qabil Hüseynli deyib.
Onun fikrincə, ermənilər özlərinin müəyyən etdiyi "hədəflərə" çatmaq istiqamətində səylər göstərir: "Ordunu yenidən qurmaq, silahlandırmaq da bu hədəflərə daxildir. Ancaq bunların hamısı mənasız səylərdir. Bölgədə Türkiyə kimi güclü dövlət var. Azərbaycanın qüdrəti hər keçən gün artır. Ermənistan ağlını başına yığıb dinc və yanaşı yaşamaq siyasətinə əməl etməlidir. Onlar üçün bunun alternativi yoxdur".
Politoloq qeyd edib ki, Arayik Arutyunyanın taleyinin necə olacağı da diqqətlə izlənilməlidir: "Bu şəxs Xankəndində sülhməramlı qüvvələrin komandirləri ilə fotolar çəkdirir, yeni binaların tikintisi, dağılan evlərin bərpa edilməsinə dair göstərişlər verir. Əlbəttə, bu, təbliğat xarakteri daşıyır.
Rusiya onu yaxına buraxmamalıdır. Bu şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır, onunla bağlı cinayət işi var. Əslində onu Rusiyada tutub Azərbaycana təhvil vermək lazım idi. Bu adam indi Azərbaycan ərazisindədir və təxribatlarla məşğul olur".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Dünyada Baxılıb: 18388 Tarix: 28 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Pandemiya fəsadları: Psixi sağlamlıq təhlükə altında - ÜST
"Yeni növ koronavirusun (COVID-19) yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığını mənfi təsir edir".. . Sonxeber.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.. . O, qocalar evində və ruhi xəstəxanalarda olanları
24 yanvarBill Qeytsdən DƏHŞƏTLİ PROQNOZ:Yeni pandemiya gəlir
"Microsoft" şirkətinin qurucusu Bill Qeyts bəşəriyyətə yeni pandemiyanın meydana çıxacağı barədə xəbər verib.. . Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.. . Milyarder aktrisa Raşida Jons və ABŞ-ın baş infeksionisti Entoni Faucla birlikdə koronavirus pandemiyasın
9 yanvarDaha bir türk ölkəsi "Bayraqdar TB2" alır
Qazaxıstan "Bayraqdar TB2" PUA-larını almağı planlaşdırır.. . Sonxeber.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.. . "Qazaxıstan Müdafiə Nazirliyi Cənubi Qafqazda baş verən döyüşlərdə böyük üstünlük nümayiş etdirən və müasir havadan müdafiə sistemlərini məhv edən Türkiyəni
28 noyabr 2020İranda öldürülən nüvə aliminin DOSYESİ
İranda terror aktı nəticəsində öldürülən nüvə alimi Möhsün Fəxrizadə ballistik raketlərin hazırlanmasında iştirak edib.. . Sonxeber.az-ın məlumatına görə, Möhsün Fəxrizadə 1958-ci ildə İranın Qum şəhərində anadan olub. Nüvə fizikası mühəndisliyi üzrə magistr dərəcəsini aldıqdan sonra işə başlamış v
28 noyabr 2020Dünya rekordu: 144 mərtəbəli bina 10 saniyəyə söküldü
Əbu-Dabi şəhər bələdiyyəsi "Ginnesin Rekordlar" kitabına daxil edilən söküntü işi həyata keçirib.. . Hündürlüyü 165 metr olan 144 mərtəbəli "Mina Tauer" mərkəzinin binası cəmi 10 saniyəyə sökülüb.. . Əbu-Dabi şəhərinin media ofisindən yayılan məlumatda deyilir ki, bina Mina Zayi
28 noyabr 2020Türkiyədən S-400 AÇIQLAMASI: Müzakirə mövzusu belə deyil
Tədarük etdiyimiz sistemlərin nəzarət və hazırlıqlarına planlaşdırdığmız formada davam edirik.. . Sonxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyənin Vitse-prezidenti Fuat Oktay Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasının iclasında deyib.. . Rusiyadan alınan S-400 hava hücumundan müdafi
28 noyabr 2020Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik etdi
"Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək" İctimai Birliyinin sədri Mariya Pavlovna Hüseynova-Atanasovadan Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə təbrik məktubu gəlib.. . Sonxeber.az-ın məlumatına görə, məktubda deyilir:. . "Hörmətl
28 noyabr 2020