İsmayıllı rayonu daha bir qazisini qarşıladı - FOTO

İsmayıllı rayonu daha bir qazisini qarşıladı - FOTOİsmayıllı rayonunun Aşağı baş kəndinin sakini, 1997-ci il təvəllüdlü Kərimli Kənan İrəvan oğlu.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, 23 yaşlı gənc bu ilin mayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı rabitəçi kimi kurs keçib.

Böyük Vətən Müharibəsi başlayan zaman Kənan da könüllü olaraq döyüş bölgəsinə gedib. Fizuli rayonu istiqamətində gedən döyüşlərində canlı rabitəçi kimi xidmətini davam etdirib (məxfi məlumatları daşıyan rabitəçi - Red). Kənan məxfi məlumatları özü ilə digər taborlara aparan zaman düşmən snayperlə onu atəşə tutub. Atəşdən yayınan Kənan və beş hərbçi yoldaşına qarşı düşmən minaatanlarda istifadə edir. İlk atəş zamanı yüngül xəsarət alan hərbçilər, ikinci atəşdə ağır yaralanırlar.

Nəticədə o, sağ ayağını itirir, bədənində çoxlu sayda qəlpə yaraları alır. Əsgərin yaralı olduğunu görən tabor komandiri, kapitan Zamir Zülfüqarov özünü Kənanın üzərinə ataraq onu üçüncü mərmidən xilas edib və hərbi hospitala çatdırıb.

Qəlpələrdən biri əsgərimizin ağ ciyərinin yuxarı hissəsini deşib keçərək daxili orqanında qalib. Kürəyində isə üç qəlpə daxili əzələlərdə qalıb.

Qazimiz deyir ki, xidmət etdiyi taborun adı "canlı rabitəçilər" idi: "Çünki müharibənin gedişatı bizim vaxtında çatdırdığımız məxfi məlumatlardan asılı idi.

Elə bu səbəbdən düşmən bizi izləyərək canlı ələ keçirtmək istəyirdi. Bizdə olan məxfi məlumatları öyrənmək əsas məqsədləri idi. Lakin bizə verilən tapşırığa əsasən, məlumatlar vaxtında deyilən məntəqəyə çatdırılmalıydı. Düşmənə əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə. Bu gün mən sağ ayağımı itirməyimə baxmayaraq, bədənimdə çoxlu sayda qəlpələr olsa belə, yenə də sağ qalmağıma görə tabor komandirim, kapitan Zamir Zülfüqarova borcluyam".

Qazimizin atası Kərimli İrəvan deyir ki, İkinci Qarabağ müharibəsində iştirak etdiyinə və qazi olduğuna görə oğlu ilə qürur duyur.

Kərimli Kənanını anası Gülnarə xanım bildirib ki, övladını Vətənə xidmət etmək üçün böyüdüb: "Şükürlər olsun ki, oğlum döyüşlərdə iştirak edərək qazi adına ucalıb.

Oğlumla hər dəfə danışanda o mənə hər şeyin yaxşı olduğunu bildirirdi və məndə bir ana kimi hər an nə olacağına hazır idim, bu bir müharibədir və müharibədə şəhid olmaqda var, qazi olmaqda. Bu gün oğlum qazi olduğuna görə qürur duyuram".

Qeyd edək ki, qazimizi ziyarət etmək üçün rayondan yüzlərlə sakin onun evinə gəlir.
İsmayıllı rayonu daha bir qazisini qarşıladı - FOTOİsmayıllı rayonu daha bir qazisini qarşıladı - FOTOİsmayıllı rayonu daha bir qazisini qarşıladı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1160   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel