Şəhidin bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Cəmi 1 gün sonra... - FOTO

Şəhidin bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Cəmi 1 gün sonra... - FOTOVüsal qollarını hər iki məktəbli uşağının boyununa dolamışdı. Sonra aşağı əyilib onların saçlarını sığalladı: "Darıxmayın! Güclü Ali Baş Komandanımız və ordumuz var. Qələbə bizim olacaq və siz digər hərbiçi övladları kimi qələbədən sonra hər zaman atanızla fəxr edəcəksiniz". O, ayağa durdu və onu nəzərləri ilə yola salan həyat yoldaşına gülümsəyərək "Qarabağ Azərbaycandır!" dedi.

Publika.az xəbər verir ki, bu sözləri Şuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş şəhid Vüsal Məhərrəmovun bacısı Gülşad Abbasova qeyd edib.

O, qardaşı ilə bağlı qələmə aldığı cümlələrdə deyir:

"29 Sentyabr 2020-ci il… Minlərlə gəncimiz kimi Məhərrəmov Vüsal Aslan oğlu İkinci Qarabağ Savaşına qoşulanlardan idi. 1979-cu ildə il Masallı rayon Hiskədərə kəndində doğulan Vüsal hələ 1997-2001-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Akademiyasında təhsil alan zaman Murovdağı yüksəkliyi istiqamətinə baxaraq tələbə yoldaşlarına zaman gələcək biz Kəlbəcərə qayıdacağıq deyirmiş. Vüsalın ürəyində hər zaman vətən-torpaq sevgisi var idi. 2003-cü ildə zabit kimi Naxçıvanda hərbi xidmətdə olan zaman hərbi sirrləri daha dərindən öyrənən Vüsal canından çox sevdiyi vətən uğrundan döyüşlərdə iştirak etmək hissi ilə yaşayırdı.

15 il əvvəl kiçik dünyasını yaratdı Vüsal. Gənc ailəsində vətənə 2 əsgər böyüyür. Özü isə Böyük Azərbaycan üçün yaşayarıdı, bütün varlığı ilə ölkə üçün çalışırdı…

"Şuşa şəhərini azad edəcəyik. Birlikdə Qarabağın incisini ziyarət edərik"...

- Vüsal övladların saçlarını bir daha sığalladı. Və getdi… Canını qurban verəcəyi haqq şavası üçün getdi…

7 Noyabr 2020-ci il tarixində - Şuşa şəhərinin işğaldan azad olunmasından bir gün əvvəl… Ölkəmizin ürəyi Şuşa ilə döyünürdü. Məhz qürur şəhərimizin azad olunmasından bir gün əvvəl ürəyi ilə yanaşı canı ilə Şuşanın azad olması uğrunda vuruşan Vüsal şiddətli döyüşlərdə qəhrəmancasına gözlərini əbədi yumdu. Cəmi 1 gün sonra onun ruhu artıq işğaldan azad olmuş Şuşa şəhərində idi…

İllər keçəcək, 29 oktyabr 2020-ci il atalarını son dəfə qucaqlayan 2 gənc güclü və bütöv Azərbaycanın inkişafı naminə məhz Şuşa şəhərində öz hərbi andlarnı içəcəklər.

"Salamat qalın" - ailəsi ilə vidalaşan Vüsal "Ən böyük arzum Şuşanın azad görməkdir", dedi və evinin qapısını bağladı, getdi döyüş şücaəti ilə… O, minlərlə vətəndaşımızın 30 il ayrı qaldığı yurdlarına geri dönməsi üçün onların evlərinin qapısının açılması naminə canını fəda verənlərdən oldu.

Bu qələbəni bizə yaşadanlardan olduğun üçün sənin ruhun qarşında baş əyirik, Vüsal! Yerin cənnətlik olsun. Əmin ol ki, hər zaman xalqımızın qəlbində yaşayacaqsan!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2514   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021