Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİİşğalçı Ermənistanla apardığımız 44 günlük Vətən Müharibəsində üçtərəfli bəyanatla atəşkəs razılaşması imzalandı... Rəşadətli Azərbaycan Ordusu bu müddətdə imkansız olanı etdi. İllərdir düşmən tapdağı altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndlərini işğaldan azad etdi.

Vətən Müharibəsindəki qalibiyyət Azərbaycan oğullarının qanı bahasına başa gəldi. Bu şərəfli mücadilədə qanı torpağa qarışan minlərlə şəhid və qazilərimiz var...

2783 şəhid.., 100 nəfərdən artıq itkin.., 1245 nəfər yaralı...

Ancaq mübarizə hələ bitməyib... Qarşıda bizi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran gözləyir...

Heç şübhəsiz, Azərbaycan dövlətinin aparacağı uğurlu diplomatiya siyasəti bayrağımızın Xankəndində də dalğalanması ilə nəticələnəcək...

Bu müharibə heç zaman unudulmayacaq hadisələrlə yadda qaldı, Azərbaycan əsgəri dastan yazdı, ölkə ictimaiyyəti vahid yumruq tək birlik nümayiş etdirdi... Şəhid ailələri canını Vətən yolunda qurban verən oğulların itkisinə yanıb-yaxılsa da, "Təki Vətən sağ olsun!" dedi...

Vətən Müharibəsindən geriyə qalan həm də şəkillər oldu... Danışan şəkillər...

Sonxeber.az Modern.az-a istinadən Vətən Müharibəsinin bəzi danışan şəkillərini bir daha diqqətinizə təqdim edir...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİGünlərdir xəbərini gözlədiyi ŞƏHİD oğlunu qarşılayan ATA...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİVətən Müharıbəsində oğlu Cavidin tabutunu daşıyan Səkinə ana...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİGəncənin bombalanmasından sonra dağıntılar altındakı evindən sağlam qalan əşyaları çıxarmağa çalışan özü kiçik, amma dağ boyda ürəyi olan uşaq...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİAzərbaycanın Milli Qəhrəmanı, doğulduğu Qubadlı rayonunda şəhid olan polkovnik Şükür Həmidov...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİQubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şəhid olan Röyal Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova: "Bu mənim son borcum idi".
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİKəlbəcər... Məğrur Azərbaycan əsgəri rusiyalı sülhməramlılarla dövlət sərhəddinin keçdiyi ərazidə danışıq aparır...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİŞəhidlər ölməz, Vətən bölünməz...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİÜzündən yaralanmış polkovnik... Əsgərlərini meydanda qoyub geri - tibb məntəqəsinə qayıtmayan cəsur zabit...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİŞuşa... Əsgərimiz qalibiyyətini erməni hərbi cani Vazgen Sarkisyana qoyulmuş abidənini üzərində qeyd edir...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİŞuşa qalasında ölməz Şəhidlərimizin xatirəsinə qəhrəman Əsgərlərimizin sayğı duruşu!
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİQardaşı Elton Qəmbərli və həyat yoldaşı Adil İbrahimlini şəhid verən Nargül İbrahimli...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİArazın o tayından bu tayındakı müharibəni həyəcanla izləyən güneyli soydaşlarımız...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİQalib əsgər... Şuşa qalasında selfi...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİBir ayağını itirmiş qazi şəhidləri anır...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİZəfər zabitləri... Hərbi birlik komandiri general-mayor Mayis Bərxudarov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun polkovniki, xüsusi təyinatlıların komandiri Tehran Mənsimov...
Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİErmənistan hərbçilərinin boş qalmış dəbilqələri... "France-Presse" agentliyinin (AFP) Dağlıq Qarabağ barədə reportajında istifadə olunmuş şəkil…


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 3249   Tarix: 06 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - FOTO + VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydaların

1 avqust 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021