SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativ

SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaxın vaxtlarda dollar istiqrazlarının daha bir emissiyasını planlaşdırır. Müvafiq müraciət artıq Azərbaycan Mərkəzi Bankında (AMB) baxılsa da, emissiyanın parametrləri hələlik açıqlanmayıb. Bundan əvvəl 2016-cı ildə buraxılan hər istiqrazın nominal dəyəri 1 000 ABŞ dolları, müddəti 5 il, illik gəlirliyi isə 5 faiz təşkil edirdi.

SOCAR istiqrazlarının ölkə fond bazarına müsbət təsiri şəksizdir. Belə ki, ilk günlərdən bu istiqrazlar bazarı canlandıran, yeni investorlar cəlb edən mühüm amil olub bank əmanətləri üçün də güclü alternativə çevrildi.

2015-ci ildə, yəni SOCAR istiqrazlarının buraxılmasından əvvəl Bakı Fond Birjasının ümumi dövriyyəsi 35,6 faiz azalaraq 8,5 milyard manatadək geriləmişdi. O zaman istiqraz bazarının ən böyük oyunçusu olan Azərbaycan İpoteka Fondu ilkin bazarda 45,4 milyon manat, təkrar bazarda isə 1,5 milyard manat həcmində öz qiymətli kağızlarını yerləşdirmişdi.

Bütövlükdə korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği cəmi 25,6 milyon manat, təkrar bazarda isə 263,7 milyon manat olub.

2016-cı ilin əvvəlində 100 milyon ABŞ dollarlıq emissiya ilə bazara daxil olan SOCAR ölkə fornd bazarına xas başlıca problem olan pərakəndə investorlar üçün sadəlik və rahatlıq məsələsini yoluna qoydu.

Tarixdə ilk dəfə ASAN Xidmət mərkəzlərindən istiqraz almaq mümkün olmuşdu. Bunun üçün qaynar xətlər işləyirdi, ASAN əməkdaşları hər məsələdə yardım etməyə hazırdı, bu mühüm hadisə KİV-də də geniş işıqlandırıldı. Təsadüfi deyil ki, bir çoxları məhz o vaxt istiqrazlara sərmayəni özləri üçün kəşf etmişdilər.

SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativTəkrar bazarda da böyük canlanma yaradan SOCAR istiqrazları ilə bir çox ən böyük əqdlər imzalanmışdı. Bütövlükdə həmin istiqrazlar buraxıldıqdan bu yana imzalanmış 2 300-dən artıq əqdlərin həcmi 193 milyon ABŞ dollarından çoxdur. Həmçinin bank depozitlərinə alternativ axtaranlar da bu istiqrazlarla maraqlanmağa başladılar. Həmçinin SOCAR istiqrazları ölkə iqtisadiyyatı üçün xeyli çətin dövrdə buraxıldı. Belə ki, 2015-ci ilin fevral və dekabr aylarında ölkədə manatın devalvasiyası həyata keçirildi, il ərzində 10-dək bank bağlandı, Əmanətlərin Sığortalanması Fondu ətrafında söz-söhbətlər səngimir, bağlanan bankların əmanətçiləri pullarını geri almağa tələsirdilər. Bütövlükdə banklara etimadın xeyli sarsıldığı üçün sanballı alternativə ehtiyac duyulurdu.

Bir qədər sonra SOCAR istiqrazları alan investorlar REPO əməliyyatları keçirərək 15 faiz dərəcəsində qısamüddətli manat kreditləri almaq imkanı da əldə etdilər. Üstəlik istiqraz sahibləri faizdən rüblük kupon ödənişləri də almağa davam edirdilər. Hazırda SOCAR istiqrazları üzərindən REPO əməliyyatlarının ümumi həcmi 36 milyon ABŞ dollarından artıqdır.

"Report"a açığlamasında maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli SOCAR istiqrazları sayəsində daha əvvəl qiymətli kağızlardan uzaq olan minlərlə vətəndaşın fond bazarına gəldiyini qeyd edib. Bu mənada SOCAR kapital bazarlarının inkişafına mühüm töhfə verib. Kapital bazarları da hazırda ölkə iqtisadiyyatını daha dayanıqlı vəziyyətə gətirməkdə kömək olur.

"SOCAR istiqrazları sayəsində daha əvvəl qiymətli kağızlardan uzaq olan minlərlə vətəndaş fond bazarına gəldi"

Ekspertin sözlərinə görə ilk emissiyadan əvvəl SOCAR daxili bazarın tələbatlarını ətraflı təhlil etmişdi: "İstiqraz emissiyasının parametrləri bazarın ehtiyaclarına uyğundu və bu da onlara yüksək tələbatı təmin etdi".

Ekspert həmin istiqrazların təkrar bazarda likvidliyi təmin edən mühüm amil olmaqla həm də qiymətli kağızlar buraxmağın nə qədər mənfəətli olduğunu hamıya nümayiş etdiyini də diqqətə çatdırıb:

"SOCAR-dan əvvəl bazarda kiçik həcmdə istiqrazlar emissiyası olub. Yalnız bundan sonra bazarın daha böyük emissiyaları qəbul etmək iqtidarında olduğu hamıya əyan oldu. Yəni bu mənada SOCAR pioner oldu".

SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativEkspert bu yaxınlarda 20 milyon ABŞ dolları həcmində 4 faizlik gəlirliyə, 3 il dövriyə müddətinə malik istiqrazlar buraxmış "AzerGold" şirkətini misal çəkib.

Qeyd edək ki, SOCAR istiqrazlarının ilk dəfə 5 faizlik gəlirlik səviyyəsilə buraxıldığı 2016-cı ilin 1 yanvar tarixində xarici valyutada əmanətlərin orta faiz dərəcəsi 8,06 faiz olub. Sonradan həmin göstərici get-gedə azalaraq bu gün 1,71 faizədək geriləsə də, SOCAR istiqrazlarının gəlirlik səviyyəsi yüksək səviyyədə qaldı. Bununla yanaşı, SOCAR investorların kupon ödənişlərini mütləq alacağına zəmanəti verir. Belə ki, SOCAR istiqrazlarının investorları indiyədək 20 milyon ABŞ dolları məbləğində dividend alıblar. Həm də ödənişlərini mütəmadi olaraq hər rüb alırlar.

C.İbrahimlinin sözlərinə görə, hazırda SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatlar aparmaqla 3-3,5 faizlik gəlir əldə etmək mümkündür. O hesab edirki, yeni emissiyanın gəlirlik səviyyəsi 4 faizdən artıq olmayacaq:

SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativ"Hər bir şirkət kimi SOCAR da əsasən bazarın ehtiyaclarını diqqətə alır. Bu gün 3-3,5 faiz gəlir gətirən istiqraz alanlar varsa, daha yüksək faizli kağız buraxıb əlavə xərcə düşməyə nə hacət? Əlbəttə, SOCAR da istiqrazlarının rəqabətli olmasını istəyir. Lakin bazardakı vəziyyət dəyişib, yüksək faizlərə ehtiyac yoxdur. Çünki rəqiblərin istiqrazları da haradasa bu səviyyədə gəlir gətirir".

Beləliklə, SOCAR istiqrazları ölkə fond bazarına xeyli təsir göstərib. Pərakəndə investorlar fond bazarında qazanc imkanlarını gördülər. Nəticədə evlərdə döşək altında yatıb qalan xeyli pul vəsaitləri hərəkətə gələrək iqtisadiyyatın canlanmasına təkan verdi. Qarşıdan gələn yeni emissiyanın da müsbət təsir göstərəcəyini gözləmək olar.

Azad Həsənli, maliyyə eksperti


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1538   Tarix: 17 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel