Bu qış ağır keçəcək: COVID-19 digər xəstəliyi unutdurub, amma o da öldürür

Bu qış ağır keçəcək: COVID-19 digər xəstəliyi unutdurub, amma o da öldürürPayız fəsli ilə bağlı dünyanın bir sıra ölkələrində qripə qarşı peyvəndləməyə başlanılıb. Vaksinasiya tədbirləri koronavirus pandemiyası dövründə qripə yoluxmanın qarşısını almaq məqsədi daşısa da, bəzi ölkələrdə qrip peyvəndinin əks effekt verdiyinə dair məlumatlar yayılıb.

Xarici KİV-lərin Cənubi Koreyanın Səhiyyə və Sosial Rifah Nazirliyinə istinadən yaydığı məlumata görə, məcburi qrip peyvəndindən sonra 13 nəfər ölüb. Bu barədə ilk ölüm hadisəsinin 16 oktyabrda İnçxon şəhərində baş verdiyi bildirilir. 17 yaşlı məktəbli peyvənddən bir müddət sonra vəfat edib. Onun ardınca Seulda, Kenqido qəsəbəsində və digər bölgələrdə oxşar hadisələr baş verib. Qeyd edilir ki, ölənlərin əksəriyyəti yaşlı insanlardır.

həkimlər bildiriblər ki, ən azı altı hadisədə istintaq peyvəndlə insanların ölümü arasında birbaşa əlaqəni aşkar etməyib. Ən çox görülən yan təsirlərdən olan anafilaktik şok ehtimalı üçün də testlər mənfi nəticə verib. Eyni zamanda, peyvəndlərdə heç bir zəhərli maddə tapılmayıb. Bu baxımdan, ölkənin Səhiyyə Nazirliyi COVİD-19 pandemiyası fonunda bu il məcburi olan qrip peyvəndinin dayandırılması üçün bir səbəb olmadığını düşünür. Azərbaycanda da ilkin mərhələdə risk qrupuna aid olan şəxslərə vaksinlərin vurulmasına başlanılıb.

Onu da qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, qrip heç də adamları COVID-19-dan az öldürmür. Çünki qrip insan orqanizmində çoxsaylı xəstəliklərin yaranmasının əsasını qoyur. Ona görə də, öz təhlükəlilik dərəcəsinə görə, heç də koronalı oxşarından geri qalmır.

Sputnik Azərbaycan qripə qarşı peyvəndlərin təhlükəsini araşdırıb.

İnfeksionist Nilufər Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qrip-influenza virusları tərəfindən törədilən yoluxucu xəstəlikdir. Onun sözlərinə görə, hər kəs qripə yoluxa bilər:

"Hər bir şəxsdə qrip müxtəlif faktorların təsirindən fərqli təzahür edə bilər. Qrip məlum olan risk qruplarında ağırlaşmalarla müşahidə olunur. Bu risk qrupuna 65 yaşdan yuxarı şəxslər, istənilən yaşda xroniki xəstəliyi olanlar, o cümlədən, astma, diabet, ürək-damar, onkoloji və s. xəstəliyi olanlar, hamilə qadınlar və 5 yaşdan kiçik uşaqlar daxildir. Risk qrupuna daxil olan şəxslərin, həmçinin, risk qrupuna daxil olan şəxslərə qulluq edən və ya onlarla birlikdə yaşayanların həkim müayinəsindən keçdikdən sonra qrip əleyhinə vaksinasiya olunmaları məsləhətdir".
Ancaq infeksionist deyir ki, bəzi insanlar qrip əleyhinə vaksinasiya olunmamalı, ya da zərurət yarandıqda ciddi həkim nəzarəti altında olunmalıdır: "Xüsusən də, yumurta ağı zülalına qarşı şiddətli allergiyası olanlar, əvvəlki qrip vaksininə qarşı allergiyası olanlar, əvvəlki qrip vaksinindən sonra 6 həftə ərzində Guillan- Barre sindromu inkişaf edən şəxslər, yüksək hərarəti olanlar, 6 aydan kiçik uşaqların vaksinasiya olunması məsləhət görülmür".

N. Məmmədovanın sözlərinə görə, COVID-19-a yoluxmuş şəxslərin qrip əleyhinə vaksinasiya olunmasında heç bir problem yoxdur:

"COVID-19 xəstəliyini keçirib sağalan şəxslərdə qrip xəstəliyinə qarşı heç bir qoruyuculuq yaranmır. Ona görə də, Covid-19 keçirdikdən sonra əgər yüksək hərarət davam etmirsə və şəxs qrip xəstəliyinin ağırlaşmalarına görə risk qrupuna daxildirsə, həkim müayinəsindən sonra qrip əleyhinə vaksinasiya olunması məsləhətdir".

İnfeksionist bildirirb ki, vaksinin sentyabr- oktyabr aylarında olması məsləhət görülür. Nilufər Məmmədovanın sözlərinə görə, vaksin sayəsində xəstəliyin ağırlaşmalarının qarşısı alınır. İnfeksionist onu da nəzərə çatdırır ki, vaksin yalnız həkim müayinəsindən sonra tibb müəssisələrində olunmalıdır!

Qeyd edək ki, risk qrupu dedikdə xüsusi olaraq tibb işçiləri nəzərdə tutulur. Çünki tibb personalı hər zaman olduğu kimi xəstələrlə təmasda olur və xəstələnmə riski onlarda daha yüksəkdi. Həmçinin xroniki ağ ciyər xəstəlikləri olan şəxslər də qeydiyyatda olduqları rayon üzrə poliklinikalara yaxınlaşıb peyvənd vurdura bilərlər.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Azərbaycana gətirilən yeni peyvəndlər hər bir şəxs üçün nəzərdə tutulub. Bu vaksinlərin koronavirusla heç bir əlaqəsi yoxdur, yalnız qrip xəstəliklərinə qarşı vurulur.

Qeyd edək ki, bütün respublika üzrə bir ay müddətində aparılan vaksinasiya tədbirləri ödənişsiz olaraq dövlət hesabına həyata keçiriləcək. Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə də Sputnik Azərbaycan-a bildirib ki, peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq:

"Dozasına görə, vaksinlərin həm keyfiyyəti, həm qiyməti, həm də saxlanılması qaydaları fərqli olur. Ölkəyə gətirilən bu vaksinlər çox keyfiyyətlidirlər. Nazirlik tərəfindən alınan bu peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulacaq. Digər qruplar isə özləri könüllü olaraq peyvənd üçün müraciət edə bilərlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1767   Tarix: 26 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021