Bakıda 44 yaşlı "seksual manyak"ın ŞOK ƏMƏLLƏRİ - Liftdə məktəbli qızları...

Bakıda 44 yaşlı "seksual manyak"ın ŞOK ƏMƏLLƏRİ - Liftdə məktəbli qızları...Bakıda qızlara qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan 1976-cı il təvəllüdlü Rauf Süleymanovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Rauf Süleymanov 17 sentyabr 2018-ci il tarixdə, saat 07.30-da Xətai rayonundakı binaların birinin 2-ci mərtəbəsinin pilləkən meydançasında şalvarını aşağı çəkib və orada olan 2005-ci il təvəllüdlü Sahibə Verdiyevaya (ad və soyad şərtidir – red.) qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.

Bundan başqa, Rauf Süıeymanov həmin gün saat 07.45-də həmin binanın 1-ci mərtəbəsinin pilləkən meydançasında 2001-ci il təvəllüdlü Səbinə Babayevaya qarşı da əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Rauf Süleymanov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi zərərçəkmiş qismində ifadə verən Sahibə Verdiyeva bildirib ki, orta məktəbin 8-ci sinfində oxuyur: "Mənimlə bir məktəbdə oxuyan rəfiqəm Səbinə ilə eyni binada, eyni blokdam yaşayırıq. Sentyabrın 17-də, səhər saat 07.30-da yaşadığım evdən çıxaraq, blokda Səbinə ilə görüşüb, məktəbə getməli idiik. Səbinə məni blokda gözləyirdi.

Pilləkənlərlə aşağı düşən zaman ikinci mərtəbədə bir nəfər əvvəllər tanımadığım əlində qırmızı rəngli sellofan paket olan kişinin dayandığını gördüm. Kişinin durduğu yerə çatanda şalvarını aşağı çəkdi, lüt vəziyyətdə dayandı. Aramızda məsafə təxminən 3-4 metr olardı. Kişinin əxlaqsız hərəkətlərini gördüm, orada qışqıraraq yenidən yaşadığım mənzilə qalxdım.

Mənzilə qalxanda birinci mərtəbədə Səbinənin də qışqırıq səsini eşitdim. Çox qorxduğum üçün valideynim qapını açanda huşumu itirdim".

Sahibə Verdiyeva qeyd edib ki, hadisə barədə valideynlərinə məlumat verib, valideyinləri də sentyabrın 19-da ərizə ilə Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edbilər: "Rauf Süleymanov mənə qarşı əxlaqsız hərəkətləri edib. Lakin mənə toxunmayıb, qolumdan tutmayıb, məktəbli formamı çıxarmağa çalışmayıb. Hər hansı fiziki ağrı yetirməyib".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Sülıeymanovun ittihamı dəyişdirilib. İstintaq orqanı tərəfindən ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi həmin məcəllənin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinən Rauf Süleymanov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Digər zərərçəkmiş Səbinə Babayevaya qarşı törədilən hərəkətlərlə bağlı olan epizod Rauf Süleymanova verilmiş ittihamdan xaric edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Rauf Süleymanova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilməsini, cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv eidlməsini, Rauf Süleymanovun barəsində ağırlaşdırıcı halların müəyyən olunması üçün cinayət işinin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun kasasiya protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun kasasiya protesti təmin olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5730   Tarix: 28 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr