2020-ci ildə itirdiyimiz SƏNƏT ADAMLARI

2020-ci ildə itirdiyimiz SƏNƏT ADAMLARIBəlkə də 2020 – ci il qədər qarışıq hisslərlə yaşadığımız başqa bir il olmayıb... dünya olaraq virusla mübarizə apardıq, sıxıntılarla yaşadıq, sevdiklərimizi itirdik... sonra ölkə olaraq, illərdir həsrətində olduğumuz torpaqlarımızın azadlığı üçün başlayan 44 günlük müharibədə birlikdə həm ağladıq, həm də sevindik...

Təəssüf ki, 2020 Azərbaycan İncəsənəti üçün də uğurlu olmadı... yeni - yeni film çəkilişləri, tamaşalar, festifallar, qastrollar hər birisi gözləmədə qaldı...

2020 –ci ildə Azərbaycan Mədəniyyəti yenə də itirdi - Teymur Mustafayev, Mayis Ağabəyov, Etibar Babayev, İsmayıl Dadaşov, Etibar Qasımbəyli, Sabir Ələsgərov, Kamil Məmmədov...

Sonxeber.az Sfera.az-a istinadən xəbər verir ki, "Azərbaycan kinosu" səhifəsi 2020-ci ildə həyatdan köçən sənətkarların siyahısını hazırlayıb.

29 Fevral – Azərbaycanın kino və teatr aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayan Ağaxan Salmanlı "Ordan – burdan" tamaşasında yaratdığı Bayram bəy obrazı ilə yaddaşlarımızda qalıb...

12 Mart – aktyor, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Zeynalov vəfat edib. Adil Zeynalov "Qətl günü", "40-cı qapı", "Durnalar qayıtdı" filmlərində və "Susmuş vicdan" serialında çəkilib...

16 Mart – görkəmli sənətkarımız Rəfael Dadaşov vəfat edib. Rəfael Dadaşov uzun müddət ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyindən müalicə olunurdu...

16 Aprel – Xalq artisti, kino və teatr aktyoru, rejissor Rafiq Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib...

8 May – Azərbaycan kinosunun Gülnazı – aktrisa, diktor və Mədəniyyət Xadimi Tamara Gözəlova vəfat edib. Aktrisa uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib...

5 İyul – Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Tofiq Hüseynov vəfat edib. Qeyd edək ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi...

23 İyul – Azərbaycan kino sənətində Maya və Ulduz obrazları ilə yaddaşlarda qalan aktrisa və pianoçu Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib...

2 Noyabr – Gənc aktyor Samir Qəfərli Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirən şəhidimiz "Ata ocağı" serialında çəkilib...

20 Noyabr – Əməkdar artist Rəşid Səməndər vəfat edib. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olan Rəşid Səməndər özünü binadan ataraq intihar edib...

24 Noyabr – Azərbaycanın dəyərli kino və teatr aktyoru, Xalq artisti Əjdər Həmidov vəfat edib. Aktyor insult keçirmişdi, xəstəxanada müalicə alırdı. Əjdər Həmidov "Kişi sözü" filmində yaratdığı Qasım obrazı ilə də yaddaşlarımızda qalıb...

26 Noyabr – kino və teatr aktyoru, Əməkdar artist İbrahim Əliyev ürək çatışmazlığından vəfat edib. İbrahim Əliyev "Əmək və qızılgül", "Qətl günü" "Güllələnmə təxirə salınır!" filmlərində çəkilmişdi...

20 Dekabr – Azərbaycanın Əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov vəfat edib. Aktyor ürək çatışmazlığından əziyyət çəkirdi. Atabala Səfərov "Evləri köndələn yar" tamaşasında yaratdığı Ləzgi bərbər obrazı ilə həmişə yaddaşlarımızda qalacaq...

21 Dekabr – İlk Bahar qızımız, Azərbaycan kinosunun və teatr səhnəsinin incilərindən biri olan Səfurə İbrahimova vəfat edib...

26 Dekabr – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib. Aktrisa uzun müddət xəstəlikdən əziyyət çəkib...

31 Dekabr – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov vəfat edib. Aktyor uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkirdi! Ağaxan Şərifov "Nə gözəldir bu dünya...", "Əlavə təsir", "Yazıçı" kimi filmlərdə çəkilmişdi...

Allah rəhmət eləsin!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 7061   Tarix: 01 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cavanşirin qudası: "Nəvəsi görüb ki, babası..." - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Əməkdar artist Cavanşir Məmmədov qəfil ürəktutmasından evində vəfat edib. Sənətkarın qudası Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, sənətkarın ölümü 5 dəqiqə ərzində baş verib:. "Cavanşir müəllim durduğu yerdə dünyasını dəyişdi. Demə

20 aprel
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21 aprel
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı GÖRÜN NƏ PAYLAŞDI- FOTO

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

21 aprel
.

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə din necə baxır? - İlahiyyatçı açıqladı

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub. Şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir. Bu barədə ilahiyyatçı Ağa Hacıbəyl

21 aprel
.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib. Belə ki, verilişin aparıcısı İbrahi

17 aprel
.

Oğlu Cavanşir Məmmədovun məzarı önündə GÖZ YAŞI TÖKDÜ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədov Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Bizim.Media xəbər verir ki, sənətkar dəfn olunduqdan sonra oğlu Xəqani onun məzarı önünə gəlib. Atasının itkisi ilə barışa bilməyən Xəqani onun məzarı üstə göz yaşı axıdıb. Ətraflı

20 aprel
.

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi

93 yaşlı əslən amerikalı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, cütlük "Breakthrough Prize" elm mükafatlarının təqdimetmə marasiminə birgə qatılıb. Xatırlada

20 aprel
.

Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, 2 ay öncə iştirak etdiyi verlişdə qalmaqallı fikirlər səsləndirib. O, deyib: "Vəsiyyət etmişəm ki, məni kostyumda dəfn edin". Daha ətraflı videoda:

20 aprel
.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21 aprel