Bakıda 30 minə yaxın sakinin köçürülməsi nəzərdə tutulur

Bakıda 30 minə yaxın sakinin köçürülməsi nəzərdə tutulurNazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında reallaşdırılan "Pilot layihə" çərçivəsində yararsız vəziyyətə düşmüş 1 000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, 1 mln. kv. metrə yaxın yaşayış sahəsi tikilməlidir. Bunu Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə keçirilən görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.
A.Ələsgərovun sözlərinə görə, Komitə tərəfindən tikintisi nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb və bu iş gündəlik olaraq aparılır. Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər qalıb. Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov bu işin ləng getməsindən narahat olduğunu bildirib.
Komitə sədrinin sözlərinə görə, Qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyələrinin bu günə qədər mövcud olan səlahiyyətlərini və eyni zamanda məsuliyyətini artırıb: "Bu günə qədər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə transfer olunub. Bu məsuliyyəti düzgün dərk etmək və göstərilən etimadı doğrultmaq üçün fəal işləmək lazımdır".
Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"la tənzimlənir.
Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran Komitə sədri bu qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarına bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1692   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bahar Muradovanın sədri olduğu dövlət komitəsi "TRAVEL" şirkətinə 200 min AZN köçürə bilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair Tədbirlər Planı" üzrə 2024-cü il ərzində öhdəlikdə olan tədbirlərin təşkili" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub. xəvər verir ki, tenderin qalibi "BAK

30 aprel
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29 aprel
.

Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Bu barədə -

29 aprel
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29 aprel
.

Qətldə şübhəli bilinirdi - İnfarkt keçirib öldü

Xəbər verdiyimiz kimi, dünən saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlu qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Dadaşov hadisədən təxminən 1 saat sonr

29 aprel
.

Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. "Report"

28 aprel
.

Həkimlər həyəcan təbili ÇALIR: İnfarktdan ölənlər niyə artıb? - AÇIQLAMA

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Bir çox hallarda insanlar ürək xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır. Son zamanlar Azərbaycanda infarkt və insultun halları kəskin artıb. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı onkoloq-həkim

29 aprel
.

Bakıda kişi özünü on birinci, qadın isə səkkizinci mərtəbədən atıb

Bakıda kişi özünü 11-ci mərtəbədən atıb. APA xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü yaşadığı 16 mərtəbəli binanın 11-ci mərtəbəsindən atıb. Bundan başqa, Nizami rayonu ərazisində 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva da yaşadığı binanı

30 aprel
.

Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Binəqədi, həmçinin Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyasında (QPS

30 aprel