Gürcüstan - Rusiya avtomagistralında 10 kilometr uzunluğunda tıxac - FOTO

Gürcüstan - Rusiya avtomagistralında 10 kilometr uzunluğunda tıxac - FOTOGürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu - Mtsxeta-Stepantsminda-Lars 4 gündür bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır. Magistralda uzunluğu 10 kilometrə çatan tıxac yaranıb.

AZƏRTAC xəbər verir ki, yolun bağlanmasına güclü qarın yağması, yolların buz bağlaması və dağlıq ərazilərdə yaranan qar uçqunu səbəb olub.

Hazırda magistralda Azərbaycan, Gürcüstan, Ukrayna, İran, Rusiya, Türkiyə və Ermənistana məxsus çoxlu sayda yük avtomobili dayanıb.

Gürcüstan polisi və yol departamentinin işçiləri yolun qardan təmizlənməsinə başlayıb. Lakin intensiv yağan qar işləri daha da çətinləşdirib.

Kazbeqi rayonunun meri Aleksandr Zaqaşvili deyib ki, hazırda yolda dayanan avtomobillərin sürücülərinin ciddi problemləri yoxdur. Onlar lazımi ərzaq və müvəqqəti sığınacaqla təmin olunublar.

Sürücülər isə bildirirlər ki, vəziyyətin belə davam edəcəyi təqdirdə, onlar tezliklə ciddi problemlərlə üzləşəcəklər.

Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi isə yanvarın 18-dən 21-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, Qara dənizdə qasırğa olacağı, temperaturun bir neçə dərəcə aşağı düşəcəyi, güclü qar yağacağı barədə əhaliyə xəbərdarlıq edib.
Gürcüstan - Rusiya avtomagistralında 10 kilometr uzunluğunda tıxac - FOTOGürcüstan - Rusiya avtomagistralında 10 kilometr uzunluğunda tıxac - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1731   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021