Məşhur aktyor şok vəziyyətində: "Aşağı ətraflarının 90 faizi yanıb"

Məşhur aktyor şok vəziyyətində: "Aşağı ətraflarının 90 faizi yanıb"Vəziyyəti ağır olaraq qalır, hər iki qolu və aşağı ətrafları demək olar ki, 85-90 faiz yanıb. 3 gün ərzində şok vəziyyətindən çıxmalıdır, sonra 2 həftə ərzində bədəni zəhərlənmədən təmizlənəcək. Bu müddətdən sonra səhhəti ilə bağlı həkim məlumat verəcək. Hazırda reanimasiya şöbəsindədir.

Sonxeber.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnur Kərimov bir neçə gün əvvəl yaşadığı mənzildə baş verən partlayış nəticəsində xəsarət alan aktyor Cavid Telmanın səhhəti haqqında danışarkən deyib. E.Kərimov açıqlamasında bildirib ki, aktyorun sənət dostları mütəmadi olaraq xəstəxana ilə əlaqə saxlayır:

"Cavidin qardaşı Fuadla əlaqə saxlayıb səhhəti ilə maraqlanırıq. "Ata ocağı", "Baldız" serialının əməkdaşları, Xalq artisti Şamil Süleymanlı onu ziyarət edib. "Ata ocağı" serialının quruluşçu rejissoru Rüfət Şahbazov və prodüser Amiran Babayev Cavidi diqqətdə saxlayırlar. Hadisə baş verən andan etibarən demək olar ki, bütün aktyorlarımız zəng edib həm maddi, həm də mənəvi dəstək olmağa hazır olduqlarını bildirib".

Əməkdar artist qeyd edib ki, Cavid Telman iki uşaq atasıdır. Hadisə nəticəsində yalnız özü xəsarət alıb, ailə üzvlərinin vəziyyəti yaxşıdır.

"Dua edək ki, Cavid tez bir zamanda sağlamlığına qovuşsun və yenə də öz tamaşaçılarını yeni obrazları ilə sevindirməyə davam etsin. Xəstəxanada çalışan bütün həkim heyətinə də dərin təşəkkürümü bildirirəm". Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5139   Tarix: 24 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel