Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"

Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Xocalı soyqırımından 29 il ötür. Xocalı faciəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərkən yerli əhaliyə qarşı törədilən soyqırımdır. Ermənilərin Xocalıda törətdiyi soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Bununla əlaqədar olaraq Sonxeber.az saytının əməkdaşları Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyini ziyarət edib.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev muzey haqqında məlumat verən zaman bildirib ki, dövlətimiz tərəfindən həyata keçirilən mükəmməl siyasətin, o cümlədən uğurlu xarici siyasətin sayəsində artıq demək olar ki, dünya əhalisinin böyük bir hissəsi ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə dəqiq və ətraflı məlumatlara malikdirlər.

Sirr deyil ki, ümummilli lider Heydər Əliyev xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilibdir. Qeyd edilməlidir ki, tarix boyu millətimizin başına gətirilən müsibətlər, o cümlədən sözügedən faciə barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsi, bununla əlaqədar respublikamızda və ölkəmizdən kənarda həyata keçirilən sistemli, ardıcıl tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasətinin, o cümlədən bu sahədəki misilsiz fəaliyyətinin təcəssümüdür.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Bu haqda danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildən başlayaraq həyata keçirdiyi "Xocalıya Ədalət" kampaniyasını, eləcə də Xocalı Soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səmərəli fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Bütün bunların nəticəsidir ki, bugün həmvətənlərimizlə bərabər, saysız-hesabsız əcnəbi də bilir ki, o dəhşətli gecədə, yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq zirehli texnikadan da istifadə etməklə Xocalı şəhərinə, onun dinc əhalisinə, mülki vətəndaşlara hücuma keçmiş və orada yaşayan sakinlərə-azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla divan tutmuş, mühasirədə qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla öldürülüb, 487 nəfər dinc sakinə hər cür işgəncələr verilməklə onlara ağır bədən xəsarətləri yetirilib, 1275 nəfər isə girov götürülübdür.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb, 5 may 2005-ci il tarixdən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevə həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıbdır.

Bundan sonra, cinayət işinin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası CM-nin, CPM-nin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıbdır. Cinayət işi üzrə sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini və digər cinayətləri törətmiş şəxslərin-Xocalı soyqırımı, Qaradağlı soyqırımı, Bağanıs-Ayrım soyqırımı, Meşəli soyqırımı, Kərkicahan soyqırımı, əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, terrorçuluq cinayətləri və digər epizodlar üzrə müvafiq şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırım), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onların müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilibdir. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Firad Əliyev vurğulayıb ki, xalqımıza qarşı tarix boyu törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər-deportasiyalar, soyqırımlar, o cümlədən Xocalı soyqırımı, həmçinin terrorlar, eləcə də digər dəhşətli cinayətlər barədə insanlara səhih və dolğun məlumatlar əldə etmək imkanını yaratmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə, onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi yaradılıbdır:

"Xalqımızın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanından və cənab Prezident İlham Əliyevin 17 yanvar 2012-ci il tarixli "Xocalı soyqırımının 20-ci ildönümü haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev sözügedən muzeyin yaradılması ilə əlaqədar aidiyyəti üzrə məsələ qaldırıb, Baş Prokurorluq üzrə verilmiş 19 iyun 2013-cü il tarixli müvafiq əmrə əsasən Hərbi prokurorun Sərəncamı ilə İşçi Qrupu yaradılmış və muzey ərsəyə gətirilibdir. 24 fevral 2014-cü il tarixdə muzeyin açılışı olubdur. Muzey özündə tarixi həqiqətləri əks etdirən rəsmi sənədləri və əşyaları cəmləşdirmişdir. Muzey, Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror adlı 4 bölmədən ibarət olmaqla, 320 kv.m sahəni əhatə edir.

Muzeyi həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar ziyarət edirlər ki, bu da vətəndaşlarımızda, xüsusən də yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hisslərinin daha da dərindən aşılanmasında və onlarda milli ruhun yüksəldilməsində, eləcə də əcnəbilər vasitəsilə tarixi reallıqların bütün dünyaya yayılmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Xüsusən də yaxın keçmişdə, Vətən müharibəsi zamanı Azərbaycanın haqq mübarizəsindəki möhtəşəm qələbəsi, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin yazdığı şərəfli tarix haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq bütün həmvətənlərimizin vəzifəsidir. Qeyd olunmalıdır ki, muzeyi ziyarət etmək istəyən şəxslərin ekskursiyası Hərbi Prokurorluğun müvafiq əməkdaşları tərəfindən həyata keçirilir (Pandemiya ilə əlaqədar dövlət tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində). Xüsusi vurğulamaq istəyirəm ki, muzeyi ziyarət ödənişsizdir. Məlum olduğu kimi 25 yanvar 2021-ci il tarixdən ölkə ərazisində muzeylərin fəaliyyəti bərpa olunubdur. Odur ki, tariximiz haqqında obyektiv məlumatları özündə əks etdirən məkanı ziyarət etməyi hər kəsə tövsiyə edirəm. Onu da qeyd edim ki, yarandığı gündən hazıradək muzeyi 25000 nəfərdən çox, o cümlədən təkcə ötən il 5000 nəfərdən artıq şəxs ziyarət edibdir".

Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 969   Tarix: 25 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel