Novruzda həftəsonları ictimai nəqliyyat işləyəcək? - AÇIQLAMA

Novruzda həftəsonları ictimai nəqliyyat işləyəcək? - AÇIQLAMAHəftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın qaldırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə ki, mütəxəssislərin fikrincə həftəsonları küçədə insan sıxlığı müşahidə edilmədiyindən yoluxma sayı da enir. Buna görə də ehtimal olunur ki, Novruz bayramına qədər həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət aradan qaldırılacaq.

Bununla bağlı Sonxeber.az-a danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, ictimai nəqliyyatın hərəkətinə tətbiq edilən qadağanın aradan qaldırılması yaxşı olardı:

"Əlbəttə Novruz bayramında ictimai nəqliyyatın işləyib-işləməyəcəyi ilə bağlı dəqiq fikir demək olmaz.Çünki bu barədə qərar vermək səlahiyyəti Operativ Qərargaha aiddir.Məlumdur ki, mövcud vəziyyət analiz edildikdən sonra düzgün qərar veriləcək.

Nəzərə almaq lazımdır ki, şənbə və bazar günləri insanların çoxu işə getmir, müəyyən obyektlər, dövlət qurumları işləmir. Amma bütün bunların fonunda fəaliyyətini şənbə və bazar da davam etdirən müəssisə və təşkilatlar olduğundan məhz bu günlərdə ictimai nəqliyyatın işləməməsi mənfi haldır. Çünki insanlar işə gedərkən nəqliyyat problemi yaşayırlar. Bu da təbii ki, insanları iqtisadi baxımdan çətin duruma salır.

Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsinin virusun yayılma ehtimalına təsir etməyəcəyini deyən millət vəkili həmçinin əlavə etdi ki, hazırda ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır:

"Bir halda ki, mütəxəssislər, həkimlər ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altında olduğunu deyirlər. O zaman düşünürəm ki, hələlik karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur. Ən vacibi isə insanların əl gigiyenasına, sosial məsafəyə riayət etməsi və ictimai nəqliyyatda mütləq tibbi maskadan istifadə etmələridir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2219   Tarix: 03 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel