Kasıblıqdan nəşi yandırılan azərbaycanlı müğənninin ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİ

Kasıblıqdan nəşi yandırılan azərbaycanlı müğənninin ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİSonxeber.az Kulis.az-a istinadən "Görüş" filmindəki Firəngiz obrazı ilə tanıdığımız müğənni, Əməkdar artist Sona Aslanova haqqında maraqlı faktları təqdim edir.

Sona Şahnəzər qızı Aslanova 1924-cü il oktyabrın 4-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Şahnəzər kişi dövrünün sayılıb seçilən, imkanlı insanlarından biri idi. Qohum-qonşuya təmənnasız əl tutan, tanıdığı hər kəsin xeyir-şərində iştirak edən Şahnəzər kişi 1934-cü ildə bolşeviklər tərəfindən həbs olunur və bir də heç vaxt ailəsini görə bilmir.

***

Atası həbs olunanda Sonanın 10 yaşı olur. Anasından gözəllik, məlahətli səs, atasından isə ciddi xasiyyət mənimsəyən Sona hələ uşaqlıq illərindən səsi ilə insanların diqqətini cəlb edir. Üzeyir bəy, bolşeviklərin təbirincə, "tərcümeyi-halı ləkəli" olan bu qızı da digər oxşar taleli tələbələri kimi öz qanadının altına alır, onları repressiyanın qurbanına çevrilməkdən xilas edir. Üzeyir Hacıbəyov onu "səsi ürəkləri fəth edən qadın" adlandırır.

Konservatoriyanı 1952-ci ildə bitirən Sona xanım, Opera və Balet Teatrında çalışmaqla yanaşı, həm də yenicə məzun olduğu sənət ocağında opera ifaçılığı sənətindən dərs deməyə başlayır.

***

Sona xanım 200-dən çox mahnı ifa edib. "Görüş", "Anlamaq istəyirəm", "Bizim Cəbiş müəllim", "Bizim küçə", "O qızı tapın", "Ömrün səhifələri", "Telefonçu Qız" filmlərinə çəkilib. Bir çox filmlərdə, eləcə də "Əhməd haradadır" filmində Ceyran obrazının partiyalarını Sona Aslanova ifa edib.

Opera səhnəsində isə "Arşın mal alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını yaradıb.

***

1956-cı il noyabrın 6-da Əməkdar artist adına layiq görülüb. 1959-cu ildə isə "Şərəf Nişanı" ordeni ilə təltif olunub. Müğənninin Qızıl Fondda 50-dək səs yazısı qorunur.

Sona Aslanova rejissorlar Hüseyn Seyidzadə və Yan Fridin quruluş verdiyi, ssenarisini Həsən Seyidbəylinin yazdığı 1954-cü ildə ekranlaşdırılmış ilk rəngli sənədli-bədii film, həm də ilk film-konsert "Doğma xalqımıza" filminin "Koroğlu" bölümündə Nigarı canlandırıb. Bu filmdəki ifası ilə Sona xanım geniş səs diapazonuna malik olduğunu sübut edib.

***

Aktrisaya ən böyük uğuru qazandıran 1955-ci ildə ekranlaşdırılan "Görüş" filmində pambıqçı Firəngiz rolu olub. Manqa başçısı Bilqeysin işləməyən, kənd avarası, ərköyün qardaşı Kamilə aşiq olmuş, öz məhəbbətini gizləməyən, Kamilin zəhləsini tökərək Firəngiz obrazı film ekranlara çıxan gündən tamaşaçıların böyük rəğbətini qazanır.

Sona Aslanova II Dünya Müharibəsinin iştirakçısı olmuş, vaxtilə Layihə İnstitutunun direktoru işləyən Kamal adlı şəxslə tanış olur. Sona xanımın sənətinin pərəstişkarı olan bu şəxs maşınında daim sevdiyi qadının ifalarına qulaq asırmış. Bir müddət sonra onlar ailə qurur. Bu evlilikdən Cahangir və Rüfət adlı oğulları dünyaya gəlir.

***

1992-ci ildə Sona xanımın oğlanlarından biri ABŞ-a köçür. Övladlarına hədsiz bağlı olan müğənni də oğlunun ardınca digər ailə üzvləri ilə birlikdə Amerikanın Los-Anceles şəhərinə köçür. Onun Azərbaycanla bütün əlaqələri elə o vaxtdan kəsilir.

***

Ömrünün ahıl yaşlarında Sona Aslanova həyat yoldaşı ilə birlikdə yaşlı insanların yaşadığı, dövlət tərəfindən maliyyələşən binaya köçüb orada yaşamağa başlayır. Yaşlanan müğənninin ən böyük arzusu Bakıya gəlmək və Xəzər dənizinin kənarında tonqal qalamaq olub.

Ömrünün sonlarına yaxın müğənni iflic keçirir və yataq xəstəsinə çevrilir. 9 mart 2011-ci ildə, 87 yaşında dünyasını dəyişir. Ailəsinin onun Bakıya aparıb orada dəfn etmək imkanı olmadığından, Amerikada isə dəfn üçün yer almaq 15-20 min dollar olduğundan Sona Aslanova ömrünün sonlarına yaxın vəsiyyət edir ki, onun meyitini yandırıb, külünü Sakit okeana səpsinlər.

***

Lakin yaxınlarının dediyinə görə, o, bu vəsiyyəti ürəkdən etmir. Onları əziyyətə salmamaq üçün belə edir. Azərbaycan haqqında ondan soruşanda isə "Bakı üçün burnumun ucu göynəyir" deyib ağlayırmış.

Deyilənə görə, müğənninin nəşinin dövlət tərəfindən Bakıya gətirilib dəfn olunacağını ümidlə gözləyən ailə cənazəni 10 gün xəstəxanada saxlatdırır. Onlar hər gün xəstəxanaya küllü miqdarda pul ödəyir. Amma Azərbaycanda hara müraciət etsələr də, dəfn barədə müsbət cavab ala bilmirlər. Belə olan halda ailə üzvləri Sona Aslanovanın vəsiyyətinə əməl edərək onun meyitini yandırıb külünü okeana səpirlər.

***

Sona Aslanovanın böyük oğlunun iki qızı var. Onlar Amerikada yaşayır və orada təhsil alırlar. Kiçik oğlunun övladı isə ABŞ hərbi hissəsində qulluq edib. O, İraqa göndərilir və orada şəhid olur.
Kasıblıqdan nəşi yandırılan azərbaycanlı müğənninin ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİKasıblıqdan nəşi yandırılan azərbaycanlı müğənninin ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİKasıblıqdan nəşi yandırılan azərbaycanlı müğənninin ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİKasıblıqdan nəşi yandırılan azərbaycanlı müğənninin ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİKasıblıqdan nəşi yandırılan azərbaycanlı müğənninin ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİKasıblıqdan nəşi yandırılan azərbaycanlı müğənninin ÜRƏK DAĞLAYAN HƏYAT HEKAYƏSİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 8360   Tarix: 14 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021