Şəhid xanımının bu paylaşımı hər kəsi KƏDƏRLƏNDİRDİ- FOTO

Şəhid xanımının bu paylaşımı hər kəsi KƏDƏRLƏNDİRDİ- FOTOVətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovanın tikinti mağazasından aldığı alətlər üçün ödədiyi pulu satıcı geri qaytararaq paketin içinə "yoldaşınız pulu ödəyib, qızım" qeydini qoyub.

Sonxeber.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Ə.Həsənova sosial şəbəkədə paylaşım edib.

Şəhidin həyat yoldaşının qeydlərini təqdim edirik:

"Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür. Bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi. Bunun üçün də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir ora, ya yoldaşı ilə nə isə seçmək üçün gedir, yada mənim kimi çarəsiz halda, evin kişisi də, qadını da mənəm deyib, məcbur olur kişi işlərini görmək üçün lazım olan əşyaları gedib alsın. Nəysə, getdim mağazaya, qapını açdım içəri daxil oldum. İçəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər, qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya oda təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi, yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı idi. Nəysə, növbə mənə çatdı, "buyur, qızım nə lazımdı?" deyə satıcı dayı məndən soruşdu."Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı" dedim və davam elədim, "çəkic, silikon kley tapançası ilə, kəlbətin, mismar və s..." deyə lazım olanları dedim. Dayı onları yığdıqca üzümə baxırdı diqqətlə nəsə məyus bir formada, ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi, pulu ödəyəndən sonra dayı mənə dedi "qızım, olar sənə bir sual verim? " dedim "buyur, dayı".

"Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü, yəni ona görə deyirəmki, səhv olmasın, əziyyət çəkib geri qaytarma birdə...zəng vur soruş, məndə bilim sənə nə verirəm, qızım" deyə dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma. Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda..?

Qürurum imkan vermədi ki, ona deyim yoldaşım yoxdu, Şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm.

Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram. Yaxşı ki, mismarın ölçüsünü o anda yadıma sala bildim. Dayı sən demə hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş. Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim, dedim "dayı, 50-lik mismar lazımdı, kley də aboyun qıraqlarını yapışdırmaq üçün". Dayı başa düşdüyünü işarə edib gedib dediyimə uyğun gətirdi lazım olanları. Çıxanda gördüm dayı nəsə bir telefonuna baxır, bir mənə, ağsaqqalın gözləri dolub, dedi "bala bir dəqiqə gözlə", gözlədim, nəsə özünü pis hiss etdiyini hiss elədim.

"Yaxşısız, dayı?" deyə sual verdim, "yaxşıyam narahat olma, qızım" dedi. Əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə, "bu nə deməkdir, dayı? Niyə qaytardız mənə pulu?" deyə sual verdim. "O pul ödənilib, qızım" deyə cavab verdi, anlamadım mən də, düşündümki, yəqin kimsəsiz olduğumu hiss edib, pis olub. Pulu özünə qaytardım ki, "yox, dayı, çox sağolun, özüm ölməmişəmki, kimsə ödəsin", düzü pisimə gəldi biraz. Dayı pulu götürdü, amma heçnə demədi, üzümə baxmaq istəmirdi nədənsə. Mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən büruzə verməməyə çalışıram. Birdən dayı başladı söhbətə ki "bala, bir şey deyim sənə, mən səndən mismarın ölçüsünü qəsdən soruşdum ki, görüm necə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın, hiss elədim bunu. Səni mən tanıyıram, qızım, səni görmüşəm çəkilişlərdə. Bayaq telefonumu ona görə götürdüm ki, birdə baxım ki, görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışammı? Həmin qız imişsən, Şəhid Farizin yoldaşı. Sən təkliyini hiss etdirmək istəmədin, qızım. Sənə sözüm yoxdu..." deyə gözləri dolmuş halda başını aşağı saldı.Bu sözlər mənə bir ox kimi dəydi, elə pis oldum ki, ağlamayacam dedim. Nə fayda, onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq. Necə pis olmuşamsa, göz yaşlarım məndən qeyri-ixtiyarsız öz bəndini qırıb. Üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin. Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə. Xeyli də evdə ağlamışam, çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardı mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram, bir az özümə gəldim, salafanı açdım ki, işimə başlayım. Və orda gördüklərim məni yenidən yıxdı...

Ödədiyim pul və üzərində "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçası... Dünyam yenidən yıxıldı sanki. Onu görəndən sonrakı halım yəqin ki, hər kəsə məlumdur".

Qeyd edək ki, 12 ildir hərbidə xidmət edən Fariz Həsənov çavuş rütbəsini daşıyıb. Oktyabrın 10-da döyüşlərə qatılan Fariz Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Şəhid xanımının bu paylaşımı hər kəsi KƏDƏRLƏNDİRDİ- FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1902   Tarix: 18 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr