Adam bıçaqladı, polislər iki il onu tuta bilmədi - Ağamirzəni qətldə günahlandıran "Bakılı balası"

Adam bıçaqladı, polislər iki il onu tuta bilmədi - Ağamirzəni qətldə günahlandıran "Bakılı balası"Milli.Az Kulis.az-a istinadən meyxanaçı Molla Məhəmməd haqqında maraqlı faktları təqdim edir.

Əsl adı Məhəmmədqulu olan Molla Məhəmməd 1950-ci ildə Bakının Maştağa kəndində anadan olub. Uşaqlığı "Sovetski"də və Maştağa kəndində keçən gənc Məhəmməd hələ yeniyetməlik illərindən yaddaşı, hazırcavablığı ilə seçilir. Bu səbəbdən də ustadı Hacı Kazım ona Molla ləqəbini verir. Deyilənlərə görə, Hacı Kazım yarızarafat ona tez-tez "mollalıq eləmə" deyirmiş. Elə bu söz də tədricən onun ləqəbinə çevrilir.

***

14-15 yaşlarında Molla Məhəmməd artıq özündən çox böyük söz sərrafları ilə meyxana deyər, hətta onları bir çox meyxana məclislərində ötüb keçərmiş.

***

Molla Məhəmməd aktrisa Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzovla uşaqlıq dostu olub. Bu dostluq nəticəsində meyxanaçı "Bizim Cəbiş müəllim" filminə dəvət alır. Onun filmə dəvət alması isə Nəsibə xanım tərəfindən baş tutub.

Məhəmməd "Çağırsa ellər gedərəm davaya" meyxanasının sözlərini yazır. Və dost-tanış yanında tez-tez bu meyxananı deyir. Cahangir Novruzov həmin meyxananı Nəsibə Zeynalovaya göstərir və o, da öz növbəsində filmin rejissoru Həsən Seyidbəyliylə məsləhətləşir. Qərara alınır ki, meyxana filmə salınsın. Səsyazma olur, ancaq bundan sonra Molla Məhəmməd filmə çəkilməkdən imtina edir.

***

Oğlu Xəqaninin sözlərinə görə, atası həmin dövrdə dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. Yəni, "sən də artist oldun" sözlərini eşitmək istəmir. Və bu istək onun filmə çəkilməsindən imtinaya səbəb olur. Ancaq rejissor Molla Məhəmmədin səsini filmə salır.

***

Məşhur meyxanaçıların sözlərinə görə Molla Məhəmmədin onlarla məşhur meyxanaları, mahnı mətnləri olsa da, çoxları bundan xəbərsizdir. "Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam", "Bakılı balasıyam", "Neyçün yaratdın məni pərvərdigara?!" meyxanaları da məhz Molla Məhəmmədə məxsusdur .

***

Molla Məhəmməd uzun müddət həbs yatıb. Buna səbəb isə onun 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxsi bıçaqlaması olur. Məclislərin birində qəfildən ona bir adam yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vurur. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: "Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam. Tez xəstəxanaya çatdırın, yazıqdır, ölməsin".

***

Məclis sahibi maşınla yaralını xəstəxanaya çatdırır. Başqa bir avtomobillə isə Molla Məhəmmədi aradan çıxarırlar ki, hüquq-mühafizə orqanları onu saxlamasınlar. İki ilə yaxın meyxanaçı müxtəlif məclislərdə gizli şəkildə iştirak edir. 1984-cü ildə isə Ağasəlim Çildağla meyxana dediyi məclisdə milis əməkdaşları onu yaxalayırlar. Məhkəmənin qərarıyla ona yeddi il həbs cəzası verilir. Oğlunun sözlərinə görə atasının vurduğu şəxs şikayətçi olmasaydı, atası daha az cəza ala bilərdi.

***
Molla Məhəmməd yeddi il azadlıqdan məhrum olunur. Beş il həbsdə qalandan sonra meyxanaçı azadlığa buraxılır.

Həbsxanada olduğu dönəmdə heç bir sənət yoldaşı nə onunla, nə də ailəsiylə demək olar ki, maraqlanmır. Bundan sonra meyxanaçı həmkarlarından incik düşür, iti təbi, şirin avazı və fenomenal yaddaşıyla fərqlənən sənətkarın əsəbləri korlanır. Ancaq həmkarı və tərəf müqabili olmuş Ağamirzə deyilənləri təkzib edir:

"Mən onda bir şey görməmişdim. Həbsdən çıxandan sonra da əvvəlki kimiydi. Şirin, balaca adam idi. Ağasəlimlə dəhşət bir meyxana deyiblər. Allah hər ikisinə rəhmət eləsin. Bugünkü meyxanaçılardan Maştağalı Balaəlinin meyxanası, həm də zahiri görünüşü ona oxşayır. Onun səsində rəhmətlik Elçin də var idi".

***

Mərhum meyxanaçı Elçin Molla Məhəmməddən təxminən iyirmi yaş balaca olsa da, yaxın dost olublar. Hətta Elçin onu özünə ustad hesab edib. Məşədi Babanın Elçinə vurduğu bıçaq zərbələrindən sonra Elçinin həyatını itirməsi Mollaya çox pis təsir edir. Hətta baş verən hadisəyə meyxana da ithaf edir.

***

Meyxanaçı Elçin Atakişiyevləyə dostu Məşədibaba mübahisə edərkən Məşədibabanın ona vurduğu bışaq zədəsindən sonra həyatını itirib. Deyilənlərə görə Elçinin ölümünə səbəb həm də dostları tərəfindən həkimə gec çatdırılması olub. Bu məsələdə meyxanaçı Ağamirzənin nə qədər rolu olduğu dəqiq bilinməsə də, Maştağa toyların birində Molla Məhəmməd "şairi kənddə kənarda saxlayırsan" qafiyəsi ilə dediyi meyxanada qəfil üzünü Ağamirzəyə
tutaraq "Elçini sən məzarda saxlayırsan" sözlərini deyir.

***

Molla Məhəmməd təmtəraqdan, dəbdəbədən tamamilə uzaq biriymiş. Hətta oğlunun dediyinə görə yetərincə pul qazanan atasının heç vaxt şəxsi avtomobili də olmayıb:
"Deyirdi ki, kəndin bütün maşınları mənim maşınımdır. Kimə hara desəm aparır. Amma təsbeh həvəskarı idi. Evdə bəzi təsbehləri qalır. Və bir də xeyli əlyazmaları var. Əgər çap olunsa 2-3 kitab edər".

***

Molla təkcə meyxanaçılarla deyil, dövrünün məşhur xanəndələriylə də dostluq edirmiş. Ən yaxın dostu isə mərhum Səxavət Məmmədov imiş.

***

Ömrünün son günlərini yataq xəstəsi kimi keçirən Molla Məhəmməd 2010-cu il fevralın 23-də vəfat edir.
Adam bıçaqladı, polislər iki il onu tuta bilmədi - Ağamirzəni qətldə günahlandıran "Bakılı balası"Adam bıçaqladı, polislər iki il onu tuta bilmədi - Ağamirzəni qətldə günahlandıran "Bakılı balası"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3056   Tarix: 21 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21 aprel
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21 aprel
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel