Azərbaycan - İran sərhədində atışma - Bir nəfər yaralanıb

Azərbaycan - İran sərhədində atışma - Bir nəfər yaralanıbAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün saat 6:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz" sərhəd dəstə­si­nin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadının "dayan" əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikasının dövlət sərhəd haqqında" Azərbay­can Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilib və onlardan biri yaralanıb. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keçib.

Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilib və Füzuli rayonunun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.

Hadisə yerində iki bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub.

Hadisə ilə əlaqədar cinayət işi başladılıb, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.
Azərbaycan - İran sərhədində atışma - Bir nəfər yaralanıb


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 6483   Tarix: 04 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş
.
Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

İsmayıllıya güclü dolu yağıb: Dağdan qopan qayalar yolu bağlayıb - VİDEO

İsmayıllı rayonuna güclü dolu yağıb.. . Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında rayon ərazisinə yağmağa başlayan yağış sonradan qar və güclü dolu ilə müşayiət olunub.. . Dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.. . Bir sir

3 aprel

Bakıda piyada iki avtomobilin arasında qalaraq komaya düşdü - FOTO

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.. . APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.. . "Toyota" markalı avtomobil hərəkətdə olan zaman qarşısına qəfildən piyada çıxıb. Həmin avtomobil manevr edərək piyadanı ötüb. Lakin eyni istiqamətdə hərəkətdə ola

3 aprel

Dəhşətli qəza: Ölən var - FOTO

Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.. . "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəkinin Vərəzət kəndi ərazisində qeydə alınıb.. . Belə ki, Şəki sakini Vüqar Cəlilovun idarə etdiyi "VAZ"-21011 markalı avtomobil yoldan çıxaraq aşıb.. . Nəticədə avtomobild

3 aprel

Güclü partlayış olub, xəsarət alan var

Samuxda evdə qaz sızması partlayışa səbəb olub.. . APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.. . Partlayış nəticəsində ağır yanıq xəsarətləri alan orta yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır odluğu bildirilir. Hadisə yerinə hüquq-mühafiz

3 aprel

Azərbaycanda yol qəzası olub, xəsarət alan var

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad şəhərində qeydə alınıb.. . Belə ki, motosikletlə minik avtomobili ilə toqquşub. Qəza nəticəsində motosikletin sürücüs

2 aprel

Azərbaycanda ZƏNCİRVARİ QƏZA: Xəsarət alan var - VİDEO

Ucarda beş maşının iştirakı ilə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib. . . Baku TV xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. . . Yevlax rayon sakini, 35 yaşlı Xəyal Əliyevin idarə etdiyi yük maşını idarəetmədə

2 aprel

Azərbaycanlının adını daşıyan Rusiya aeroportunda İKİ TƏYYARƏ TOQQUŞDU - FOTO/VİDEO

Rusiyanın Fərman Salmanov adına Surqut hava limanında mühərrikləri sərbəst şəkildə işə düşən ATR-72 təyyarəsi öz-özünə sürüşərək dayanacaqda park edilmiş Yak-40 ilə toqquşub.. . Gazeta.ru-nun məlumatına görə, bu barədə RF İstintaq Komitəsinin Ural İstintaq İdarəsi məlumat verib.. . Hadisənin təyyarələr

2 aprel

Azərbaycanda külək evin hasarını AŞIRDI: 1 uşaq ölüb, ikisi yaralanıb

Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.. . Şabran rayon prokurorluğundan Milli.Az-a verilə

2 aprel

Bakıda sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO

Bakının Sabunçu rayonunda avtomobil işıq dirəyinə çırpılıb.. . Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şosesində baş verib.. . Nicat Ağayev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb.. . İdarəetmədən çıxan avtomobil işıq dirəyin

2 aprel