"Qırılan qolumu götürüb özümü hospitala çatdırdım" - Vətən müharibəsinin qəhrəmanı

"Qırılan qolumu götürüb özümü hospitala çatdırdım" - Vətən müharibəsinin qəhrəmanıİkinci Qarabağ müharibəsi bizə igidlərimizi, qəhrəmanlarımızı tanıtdı. Onlar arasında əslən Zəngilandan olan, 1978-ci il təvəllüdlü Elşən Mustafayev də var.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, müharibənin başlamasından iki gün sonra qismən səfərbərlik elan olunanda xidmətə çağırılıb, Cəbrayıl və Füzuli rayonlarının azad olunmasında yaxından iştirak edib.

"Atam və öz ailəm döyüşlərdə olmağımdan xəbərdar idilər. Lakin anamdan bunu gizlətmişdim. Yaralananda bir müddət ailəm məndən xəbərsiz qaldı, narahat oldular. Onlarla yalnız bir neçə gündən sonra əlaqə saxlaya bildim", - deyə Elşən Mustafayev bildirib.

Minaatan çox yaxınlığına düşdüyündən döyüş yoldaşları öncə onun şəhid olduğunu zənn ediblər:

"Oktyabrın 24-də Füzuli rayonunun Qarğabazar kəndində gedən döyüşlərdə ağır yaralanmışam. Düşmənin açdığı minaatan atəşi nəticəsində mərmi çox yaxın məsafəyə düşüb və qəlpə qolumu qırıb. Qolumu götürüb əsgərlərimin köməyi ilə özümü Cəbrayıl rayonunun Daşkəsən kəndindəki səhra hospitalına çatdıra bildim".
Lakin çoxlu qan itirdiyi üçün o, huşunu itirib: "Ayılanda isə artıq Bakıda, Müdafiə Nazirliyinin Baş Hərbi Hospitalında idim. Əməliyyat olundum və qolum əməliyyatla yerinə bərpa edildi.

Bu qısa müddətdə yeddi dəfə əməliyyat olunmuşam. Qolumun əzələ sistemi bel nahiyəmdən, sümüyü çanaq sümüyündən, damarları ayağımdan götürülərək qolumun bərpasında istifadə edilib. Lakin qolum hazırda işləmir. Deyilənə görə, uzun müddətlik reabilitasiyadan sonra az da olsa qolum işləyəcək".
Yaralı əsgərimizlə bir qədər çətin döyüşlər haqda da danışdıq. Çox təvazökardır. Detallara varmır: "Ən çətin döyüşlərimdən biri Füzuli rayonunun Kürdlər, Qarğabazarı kəndlərində olub. Həmin kəndlərin relyefinə, ərazinin düzənlik olmasına görə çox çətinliklərimiz olub. Döyüşlərdə şəhidimiz və yaralananlarımız da olub. Həmin kəndlər düşməndən azad olunduğu bir vaxtda isə mən yaralandım və hospitala yerləşdirildim".

"Ağır günlərimizin hamısı yaddaqalan idi. Döyüşlər ağır keçsə də, döyüş ruhumuz yüksək olub. Ancaq qabağa atılaraq irəli getməyi düşünürdük, içimizdə nə bir qorxu, nə də ruh düşkünlüyü var idi", - deyə həmsöhbətimiz əlavə edib.

Qeyd edək ki, Elşən Mustafayev ailəlidir, 3 övladı var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3003   Tarix: 04 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021