Küçədə qadının çantasını OĞURLADILAR - İçindən HEROİN ÇIXDI-FOTO
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2 500 manat pul, bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb. Belə ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb. Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanmış narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd olunan faktla bağlı İmişli RPŞ-də CM-in müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 902 Tarix: 07 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Uşağı yamsılayan it görənləri güldürür – VİDEO
İnsanların bu və ya digər heyvanı yamsılaması adi qəbul edilsə də, heyvanların insanları yamsılaması nadir rast gəlinən haldır.. . "Haber Global"ın təqdim etdiyi videonun qəhrəmanı olan it də məhz belə nadir heyvanlardan biridir.. . Onun "istedadı" görənləri güldürür..
7 aprelİki metrlik köpək balığı çimərlikdə təşviş yaratdı - VİDEO
Sidney yaxınlığında iki metr uzunluğunda olan köpək balığı insanlarla dolu çimərliyə doğru hərəkət edib və sahildə ilişib qalıb.. . Bu barədə "Daily Mail" xəbər yayıb.. . Əvvəlcə insanlar təşvişə düşüblər. Sonra onlar köpək balığının yaralı oduğunu görüblər, balıq 30 sm-dən də dayaz olan sud
7 aprelSmartfonların bahalaşacağı proqnozlaşdırılır
Smartfonların istehsalı üçün komponent hissələrin çatışmazlığı səbəbindən onlar bahalaşacaq.. . Sonxeber.az xəbər verir ki, bu barədə Çinin "MyDrivers" nəşri məlumat yayıb. Nəşr analitiklərinin sözlərinə görə, telefonların buraxılışı üçün komplekt hissələrin olmaması şirkətlərə qiymətləri qaldırara
7 aprelCOVID-19-dan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR
Britaniya və Amerika alimləri koronavirusun zehni sağlamlığa ciddi təsirinin olduğunu açıqlayıb.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Lancet Psychiatry" elmi jurnalında dərc edilib. Bildirilib ki, hər üçüncü COVID-19 xəstəsi infeksiyadan altı ay sonr
7 aprelMənzilinə daxil olmaq üçün həyatını təhlükəyə atdı - VİDEO
Türkiyənin Antalya şəhərində mənzilinin açarlarını evdə unudan şəxs həyatını təhlükəyə atıb.. . "İhlas Haber Ajansı" (İHA) məlumat verir ki, dostlarının köməyi ilə kəndirdən tutan oğlan mənzilin pəncərəsindən evinə daxil ola bilib.. . Ətrafda olan şəxslər hadisəni anbaan telefonlarına çəkərə
7 aprelŞəxsi məlumatların oğurlanmasıyla bağlı "Facebook"dan AÇIQLAMA
"Facebook" sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.. . Sonxeber.az xəbər verir ki, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:. . "Cinayətkarları
7 aprelMəşhur türkiyəli aktyor koronavirusa yoluxub - FOTO
Türkiyəli məşhur aktyor Murat Yıldırımın koronavirus testi pozitiv çıxıb.. . 41 yaşıl aktyor "Instagram" hesabından səhhəti ilə bağlı paylaşım edib:. . "Bir il qovduqdan sonra COVID məni də yaxaladı. Beşinci günündəyəm... Daha yaxşıyam, daha da yaxşı olacağam. Bütün dünyadan bu xəstəliyi
7 aprelHər altıncı amerikalı ailə ərzaq üçün pul çatışmazlığı yaşayır
Təxminən 22 milyon amerikalı (ölkədəki bütün həddi-buluğa çatmış şəxslərin 11 faizi) ərzağa ehtiyac duyur. Uşaqları olan hər altıncı ailə yemək üçün pul çətinliyi ilə qarşılaşıb.. . Bu barədə "Business Insider" xəbər yayıb.. . Yanvar ayında ABŞ Prezidenti Co Bayden ailələrə zəruri ərzaqları
7 aprel