Oqtay Quliyev VƏFAT ETDİ - FOTO

Oqtay Quliyev VƏFAT ETDİ - FOTOAzərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü Oqtay Quliyev vəfat edib.

Sonxeber.az Redaktor.az-a istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, O.Quliyev 1938-ci ildə Ağdamda anadan olub, sənətə ilk addımını rayon musiqi məktəbində atıb, onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not ixtisası, həm də muğam sənəti üzrə sirlərini öyrədiblər. Müəllimlərinin məsləhətilə Bakıya gəlib və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirib.

Burada məşhur sənət xadimlərindən xalq artisti, professor Səid Rüstəmov və xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri alıb. Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edib.

Oqtay Quliyev əvvəl Səid Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alıb, sonrakı illərdə dirijorluq sahəsində püxtələşib və həmin sinifi müvəffəqiyyətlə bitirib. Səid Rüstəmov və Süleyman Ələsgərov kimi görkəmli sənətkar və pedaqoqlardan ixtisas təhsili alıb.

1963-cü ildə konservatoriyanı müvəffəqiyyətlə bitirən O.Quliyev ömrünü pedaqoji fəaliyyətə həsr edib. 1969-cu ildən konservatriyada işləməyə dəvət alıb.

Tar tədrisi üzrə yazdığı metodik tövsiyələr, proqramlar, tərtib etdiyi not məcmuələri qiymətli vəsait kimi istifadə olunurlar.

Respublikada peşəkar tar ifaçıları və müəllimlərindən ilk dissertasiya müdafiə edən məhz O.Quliyev olub. O, yaxşı mütəxəssis kimi Türkiyəyə dəvət olunmuş, 1994-2003-cü illərdə Trabzonun məşhur Qara Dəniz Texniki Universitetində professor vəzifəsində çalışıb. Burada musiqi fakultəsində ilk dəfə tar sinfi açıb, peşəkar tar ifaçıları yetişdirib, Azərbaycan tarının bu ölkədə geniş tədrisinə nail olub.

O.Quliyev SSRİ və Ümumdünya miqyaslı musiqi festivallarında iştirak edən və yüksək qələbə qazanaraq, qızıl medala, beynəlxalq festival laureatı adına layiq görülən ilk tar ifaçısıdır. O. Quliyev rus və Avropa klassik musiqisini milli alətdə məharətlə ifa edən, tarın geniş texniki və bədii ifa imkanlarını aşkar edən, solo tar ifaçılığını müasir səviyyəyə qaldıran ilk peşəkar tarzəndir.

Allah rəhmət eləsin!
Oqtay Quliyev VƏFAT ETDİ - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4165   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel