Oruc tutanlar bu cür qidalanmalıdır

Oruc tutanlar bu cür qidalanmalıdırXəbər verdiyimiz kimi, sabahdan Ramazan ayı başlayır. Oruc tutulan saatlarda bədənimizdə yorğunluq, halsızlıq və davamlı yuxululuq hiss oluna bilər. Bu çox zaman imsak zamanı qidalanmamızda yol verdiyimiz yanlışlardan irəli gəlir.

Sonxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ramazanda düzgün qidalanmaq mütləqdir.

İftardan sonra imsaka qədər çalışın 2-2,5 litr su için. Əgər başağrısı, halsızlıq, ürəkbulanma varsa, buna səbəb lazımi qədər su içməməyinizdir.

Gün ərzində bir neçə dəfə qidalanma ənənəsi ikiyə düşür. Ən pis isə gec saatlarda yemək yeyə bilirik. Bu isə yediklərimizin yağ halında orqanizmimizə yığılmasına səbəb olur. Bəziləri oruc tutarkən kökəlməkdən şikayətlənirlər. Artıq çəki almamaq üçün düzgün qidalanmaq mütləqdir.

Qida rasionunuza karbohidratlar, proteyn daxil etməlisiniz. Bu həm sizi uzun müddət tox tutacaq, həm də sağlam qidalanmaya kömək edəcək.

Qara çay və qəhvə bədəndə su itirməsinə səbəb olduğu üçün onu, adi su, şirə, ayran və bitki çayları ilə əvəvzləyə bilərsiniz. Razyana çayı iftar və imsakdan sonra mədənizdə yaranacaq xoşagəlməz halları aradan qaldıracaq.

İmsaq zamanı nə yeyə ilərik?

İmsakda yağlı, duzlu, şirin qidalar az qəbul edillməlidir. Bəzən oruc saatının uzunmüddətli olması səbəbilə bol kalorili qidalara üstünlük verilir. Ancaq bu yanlışdır. Əksinə, bu cür qidaları həzm etmək daha çətindir və onlar toxluq hissi vermir. İmsakda meyvə, tərəvəz ağartı məhsulları, qoz-fındıq və yumurta sizi gün boyu tox saxlayacaq.

İftarda nələr yeyilməlidir?

İftarı şorba ilə başlamaq məqsədəuyğundur. Şorbadan sonra kiçik fasilə verib yeməyə keçə bilərsiniz. Ramazan ayında 30 gün ərzində orucu xəmir xörəkləri ilə açmaq kökəlməyə səbəb olur. Həm də sağlamlıq baxımından mənfi təsir göstərir. Çünki ağ undan hazırlanan xəmir xörəkləri qan şəkərinin tez yüksəlməsinə səbəb olur. Qan şəkərini normada saxlamaq üçün xəmir xörəklərini həftədə 2 və ya 3 dəfə yeyin. Ağ çörəyi isə kəpəkli, çovdar çörəyi ilə əvəz edin. Eyni zamanda, iftarda piroq, şorba, makaron və ya plovun yanında mütləq yüngül salat yeyin. Şəkərli şirniyyatların əvəzinə südlü və meyvəli şirniyyatlar yeyin. Onu da həftədə bir-iki dəfə yeməyiniz məsləhətdir./Unikal.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1692   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel