Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan VƏFAT ETDİ - FOTO
Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəfat edib.
Oxu.Az-ın məlumatına görə, 1959-cu il təvəllüdlü Zeynallı Fariz İsa oğlu ötən gün koronavirus infeksiyasından dünyasını dəyişib.
62 yaşlı məmur aprelin 13-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə onun ailə yaxınları məlumat verib.
Onların sözlərinə görə, mərhumun arzusu yenidən Laçını görmək olsa da, bu, ona qismət olmadı.
Z.Fariz bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, F.Zeynallı Laçın şəhərində anadan olub. 1976-cı ildə Laçın şəhər 1 N-li orta məktəbi bitirib.
1985-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Mühasibat uçotu ixtisasını bitirib. 1985-1988-ci illərdə Laçın Rayon Əmanət Bankında müfəttiş, 1988-1990-cı illərdə Laçın Rayon Nəzarət Komitəsi sədrinin müavini, 1991-ci ildən Laçın Rayon Vergi Müfəttişliyində şöbə müdiri vəzifəsində çalışıb.
2006-cı ildən ömrünün sonuna qədər Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini tutub.
Azərbaycan Prezidentinin 2009-cu il 11 fevral tarixli, 738 nömrəli sərəncamı ilə F.Zeynallı "Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı ilə təltif edilib.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2931 Tarix: 14 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy
20 dekabrAzərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -
20 dekabr19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrBaş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Məlum olduğu kimi, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanınd
20 dekabr