Bakıda pizza şirkətinin əməkdaşına qarşı quldurluq edilib
Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.
DİN-dən "Report"a verilən məlumata görə, Bakı sakini pizza sifarişlərinin ünvanlara çatdırılması ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı Nazirliyin "102" Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq müştərilərdən birinin əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib cibindən 500 manat pulu götürərək quldurluq etdiyini bildirib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən "isti" izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Əli Əliyev saxlanılıb.
Əli Əliyev barəsində 25-ci Polis şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in "102" Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1012 Tarix: 17 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. "Qafqazinfo" xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq halların
28 noyabrNaxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya
8 dekabr3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı - Baş Prokurorluq
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlar
21 noyabrEvinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı
Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındak
13 dekabrƏli Kərimli həbs olundu
Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb. -ın məlumatına görə, təqdimat təmin edilib, Əli Kərimli barəsində 2 ay 13 gü
1 dekabrƏməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi - Qəzada öldü
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub. Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxan
1 dekabrRusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr
17 noyabrBakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "Lake Hotel" restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib. "Azərişıq" ASC-dən sorğumuza cavab olaraq bildirild
21 noyabr