Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyətHansı vaksinin "bazarı" bağlanmağa başlayıb?

Dünyada bu günə qədər 141,3 milyondan çox insan yeni tip koronavirisa yoluxub. 3 milyondan çox insan virusun qurbanı olub, 120 milyondan çox insan isə virusa qalib gələrək sağalıb.

Dünya ölkələrində pandemiya və vaksinasiya prosesi ilə bağlı son vəziyyət aşağıdakı kimidir.

ABŞ. Ölkədə bu günə qədər 32,3 milyondan çox insan virusa yoluxub. 586, 756 nəfər virusun qurbanı olub. ABŞ artıq bir neçə aydır ki, sürətli vaksinasiya prosesi aparır. Hazırda ABŞ-da bir günə milyonlarla insana vaksin vurulur. Məlumata görə bu günə qədər təkcə 103 milyon doza "BioNTech/Pfizer" vaksini tətbiq edilib. Lakin mütəxəssislər qeyd edir ki, insanların tam peyvənd olunması üçün onlara 12 ay ərzində Covid-19 vaksininin üçüncü dozasını vurmaq lazım gələ bilər. Qeyd edək ki, "BioNTech/Pfizer" vaksinin ikinci dozası vurulandan sonra virusa qarşı 91 faiz effekt göstərir. Buna baxmayaraq şirkətlər fevral ayında tam peyvənd olunmuş şəxslərə üçüncü dozanı vuraraq onun immunitetə, virusun yeni ştammlarına qarşı təsirini öyrənməyə çalışıblar.

Bu günə qədər ABŞ-da "Johnson&Johnson" vaksinin 7 milyon dozası vurulub. Bununla belə ABŞ Qida Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Sanitar Nəzarəti (FDA), eləcə də Xəstəliklərə Nəzarət və Yayılmasının Qarşısının Alınması Mərkəzi (CDC) bu vaksindən istifadəni təxirə salmağı tövsiyə edib.

"New York Times" qəzetinin yazdığına görə bu vaksinlə peyvənd olunan 18-48 yaşlarında 6 qadında tromboz yaranıb. Qadınlardan biri dünyasını dəyişib, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Beləliklə,ölkənin bir neçə ştatı, o cümlədən Corciya, Karolinada, Koloradoda, Ayovada bu vaksinlə peyvəndlənmə dayandırılıb. Təkcə Koloradoda "Johnson & Johnson" peyvəndi alan 1700 nəfərdən 13-də mənfi reaksiyalar olub. Qriplə əlaqəli hərarət, baş ağrısı və əzələ ağrıları kimi simptomlar peyvənddən iki gün sonra ortaya çıxır. Yorğunluq, baş ağrısı və əzələ ağrısı orta hesabla iki gün, ürək bulanması və hərarət bir gün davam edir.

Braziliya. Pandemiya başlayandan bəri Braziliya koronavirusla bağlı ən kritik dönəmini yaşayır. Ölkədə bu günə qədər 13,9 milyondan çox insan koronavirusa yoluxub, 371 mindən çox insan isə virusun qurbanı olub. Bununla da Braziliya ölüm vaktlarımın sayına görə ABŞ-dan sonra dünyada ikinci sıradadır.

Ölkədə ən çox ölüm faktı mart ayında qeydə alınıb -77,515 nəfər.

Ölkədə ölənlərin sayı yeni doğulanların sayından dəfələrlə çox olmağa başlayıb. Belə ki, 6 ay ərzində ölkənin böyük şəhərlərindən biri olan Rio de-Janeyroda ölənlərin sayı yeni doğulanların sayından 16 dəfə, digər şəhərlərdə isə 10 dəfə çox qeydə alınıb.

Aprel ayı başlayandan Avropanın bir neçə ölkəsində karantin tədbirlərində bir sıra məhfudiyyətlər aradan qaldırılmağa başlasa da, yoluxma sayı yenidən artmağa başlayıb. Belə ki, İngiltərədə aprel ayının 12-dən etibarən ticarət mərkəzləri, mağazalar, gözəllik salonları, idman mərkəzlərinin fəaliyyəti bərpa olunub, kafe və restoranların isə sadəcə bağçası istifadəyə açılıb. Bunun fonunda ölkənim 135-dən çox bölgəsində koronavirusa yoluxma sayında artım müşahidə olunmaqdadır. Xüsusən də Luton ,Bradford, Donkaster kimi bölgələrdə ən yüksək göstəricilər qeydə alınır. Mütəxəssislər artma səbəb kimi sərt karantin rejimin yumşaldılmasını göstərir.

İki gün öncə isə ölkə rəsmiləri ölkədə koronavirusun yeni variantlarının aşkarlandığını bildirib. Məlumata görə VUI statusu verilən və ilk olaraq Hindistanda qeydə alınmış yeni variant ölkədə 77 nəfərdə görünüb.
VUI-21-APR-01 kodu verilən həmin variantın E484Q, L452R, P681R kimi bir sıra mutasiyaları da var.
Bu günə qədər İngiltərədə 4,3 milyondan çox insan koronavirusa yoluxub, 127,260 nəfər virusun qurbanı olub.

Almaniyada isə bir neçə gün öncə kansler Angela Merkel yeni növ koronavirusa qarşı peyvənd olunub. Kansler "Astarzenca" peyvəndi vurdurub. Merkel hər kəsi vaksinasiya prosesinə çağırış edərək, bildirib:

"Şadam ki, "AstraZeneca"nın ilk dozasını vurdurdum. Mən vaksinasiya kampaniyasına qoşulan və vaksin vurduran hər kəsə təşəkkür edirəm. Vaksinasiya pandemiyanın öhtəsindən gəlmək üçün çox vacibdir". 66 yaşlı kansler peyvəndi Berlinin keçmiş Tempelhof hava limanında xüsusi quraşdırılmış "AstaZeneca"nın mərkəzində vurdurub.

Aprelin əvvələrində Almaniyanın prezidenti də "AstraZeneca" ilə peyvənd olunub. Almaniyada bu peyvəndin 60 yaşdan aşağı şəxslərə vurulması qadağan olunub. Səbəb vaksinin 60 yaşdan aşağı şəxslərdə yan təsirlər yaratması ilə bağlıdır.

Ümumiyyətlə, Avropanın bir sıra ölkələri, o cümlədən Fransa, Almaniya, İrlandiya, İtaliya, İspaniya və Niderland "AstraZeneca" vaksinindən istifadəyə yaş həddi tətbiq etməyə başlayıb. Sözü gedən ölkələrdə bu vaksinlə yalnız 55-60 yaş arasında olan şəxslər peyvənd olunur.

Britaniyanın özündə vaksindən yaşı 30-dan az olanların peyvəndində istifadə edilmir.

Dünyada koronavirusla bağlı son vəziyyət isə təklif edib ki, bütün ittifaq ölkələri "AstraZeneca" vaksinin yalnız yaşı 60-dan çox olanlara vurulması barədə vahid qayda qəbul etsinlər.

Qeyd edək ki, Almaniyada bu günə qədər 3,1 milyon insan koronavirusa yoluxub, 80,526 nəfər virusun qurbanı olub.

Məlum oluğu kimi Danimarka bütün dünyada ilk ölkə olaraq aprelin 14-də "AstraZeneca" vaksinindən istifadəni birdəfəlik dayanandırıb. Bundan başqa Avropa Komissiyasının prezidenti aprelin 14-də bəyan edib ki, Brüssel sözü gedən şirkətlə kontraktını gələn ildən uzatmayacaq. Danimarka rəsmiləri bildirirlər ki, İngiltərənin Oksford Universitetinin hazırladığı AstraZeneca vaksinindən istifadəni preparatla pasientlərdə nadir qan laxtalanması arasında mümkün əlaqəyə görə dayandırılıb.

Danimarka bundan əvvəl martın 11-də "AstraZeneca" vaksinin vurulmasını müvəqqəti dayandıran ilk Avropa İttifaqı ölkəsi olmuşdu.

Avropada dərman preparatlarına nəzarət edən rəsmi qurum – EMA bildirmişdi ki, vaksinlərin arasında ən ucuzu olan "AstraZeneca"nın faydaları onun mümkün fəsadlarını xeyli üstələyir. Ümumlikdə ölkədə 5.8 milyonluq əhalinin 1 milyonuna vaksinin ilk dozası vurulub. Onların 77 faizinə "Pfizer-BioNTech", 7.8 faizinə "Moderna" və 15.3 faizinə "AstraZeneca" vaksini vurulub.

"AstraZeneca" isə ittihamları qəbul etmir. Şirkət sözçüsü qeyd edib: "Biz Danimarkanın qəbul etdiyi qərara hörmətlə yanaşırıq. Hansı vaksindən istifadə etmək hər bir ölkənin müstəsna hüququdur".

Qeyd edək ki, Danimarka aprelin 14-dən "Johnson&Johnson" vaksininin də vurulmasını dayandırıb.

Beləliklə Avropada "AstraZeneca" və "Johnson&Johnson" vaksinlərinin "bazarı" getdikcə zəifləməyə, əvəzində "BioNTech-Pfizer" "daha etibarlı" və gəlir əldə edən vaksin olmağa başlayıb.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen "BioNTech-Pfizer" in "daha etibarlı" vaksin olduğunu və şirkəti ilə 2021-2023-cü illər üçün 1.8 milyard dozalıq kontrakt imzalanacağını deyib. (Musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 937   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Axtarışda olan 25 yaşlı fəhlənin cəsədi tapıldı

Günlərdin itkin düşən 25 yaşlı gəncin cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Dərə yatağının qamışlıq sahəsində hərəkətsiz bir adam görən şəxslər polisə xəbər verib. Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həkim qrupları müayinə zamanı hərəkətsi

25 aprel
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23 aprel
.

Qadın evdən ulu babasının sevgi məktublarını tapdı

97 yaşlı Koloradolu nənəsinin əşyalarını gözdən keçirəndə təsadüfən 1890-cı il avqustun 5-də ulu babası Salvatore Ciuccinin yazdığı bir sevgi məktubu tapıb. xarici KİV-ə istinadən xəbər verir ki, Salvatore məktubda İtaliyadan San-Fransiskoya gəldikdən qısa müddət sonra həyat yoldaşı olan Anna Merfidə

23 aprel
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24 aprel
.

Mağazada ürəyindən bıçaqlandı:ANBAAN GÖRÜNTÜ -VİDEO

Türkiyənin Bursa şəhərində supermarketdə mübahisə qanla bitib. xarici mediaya istinadən xəbər verir ki,oğurluqda günahlandıran şəxs kassirlə mübahisə edib. Bu zaman davanı ayırmaq istəyən müştəri müdaxilə edərkən bıçaqlayaraq ağır yaralayıb. Yaralı təcili xəstəxanya aparılıb. Xəstəxanada bütün müdaxilələr

24 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

Borc davası zamanı çubuqla döyülüb öldürüldü

Qaziantepdə borc məsələsi zəminində çıxan davada 47 yaşlı Devrim Keleş çubuqla döyülərək öldürülüb. -ın xarici mediaya istinadla xəbərinə görə, hadisə gecə saatlarında Şehitkamil rayonunun Boyno rayonunda baş verib. Narkotik aludəçisi olduğu iddia edilən Devrim Keleşlə bir qrup şəxs arasında borc məsələsin

23 aprel
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25 aprel
.

21 yaşlı voleybolçu qız intihar etdi

"Zareçye Odintsovo" çimərlik voleybol klubunun və Rusiyanın gənclərdən ibarət çimərlik voleybolu komandasının voleybolçusu Arina Mixaylina intihar edib. -ın xarici mediaya istinadən xəbərinə görə, 21 yaşlı qız 1-ci Siniçkina küçəsində, Moskva Energetika İnstitutunun yataqxana binasının yaxınlığınd

24 aprel