Yad kişilərlə intim əlaqədə olan qadın öz ərini öldürdü - BAKIDA ŞOK CİNAYƏT

Yad kişilərlə intim əlaqədə olan qadın öz ərini öldürdü - BAKIDA ŞOK CİNAYƏT2019-cu il iyulun 15-də Suraxanı RPİ 30-cu PŞ-dən rayon prokurorluğuna inzibati ərazidə yaşayan Ruslan Faxrətovun bıçaqla özünə xəsarət yetirməsi və ölməsi barədə məlumat daxil olub. Dərhal onun yaşadığı əraziyə polis əməkdaşları cəlb olunub.

Sonxeber.az BAKU TV-yə istinadən xəbər verir ki, Ruslan Faxrətovun meyiti aşkar edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İlkin ifadələində Şahanə Faxrətova həyat yoldaşının boğazına bıçaq batmasından ümumiyyətlə məlumatı olmadığını göstərib.

Növbəti ifadəsində əlində bıçaqla Ruslanın olduğu otağa gedib, özünü öldürəcəyini deməsini, ərinin onu itələyərək yerə yıxmasını və üstünə yıxılan kimi kəsici alətin boğazına batmasını göstərib. Hadisədən 6 ay sonra, 2020-ci il yanvarın 26-da Bakı şəhər sakini Şahanə Faxrətova (1991-ci il təv.) şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, Şahanə Faxrətova 2012-ci ildən Ruslan Faxrətovla rəsmi nikahda olduğu halda, ayrı-ayrı vaxtlarda öz təşəbbüsü ilə tanış olduğu kişilərlə mütəmadi intim əlaqələrdə olub. 2019-cu il iyulun 14-ü gecə yarısı Hövsan qəsəbəsində yaşadıqları mənzildə əri xəyanət etməsi barədə məlumatı olduğunu bildirərək, onu yataq otağından qovub.

Növbəti gün qadın rüsvay olmasının qarşısını almaq və xəyanətini gizlətmək məqsədilə həyat yoldaşını öldürməyi qərarlaşdırıb. Səhər saat 8 radələrində məişət təyinatlı mətbəx bıçaqla 2 dəfə boyun və bel nahiyəsindən zərbələr vuraraq Ruslan Faxrətovu qəsdən həyatdan məhrum edib.

Şahid Elçin Dadaşov bildirib ki, özünə məxsus "Mersedes C klass" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Şahanəni müşətəri kimi apardığı zaman tanış olub. Bu zaman şahanə özünü Nuranə kimi təqdim edib. Onlar Şahanənin yaşadığı evdə dəfələrlə görüşüblər. Sonra aralarındakı Münasibəti Elçinina iləsi bildiyindən sonuncu onunla münasibətləri dayandırıb. Lakin, onun ərinin ölümü ilə bağlı məlumatı olmayıb.

Şahid qismində dindirilmiş Fərid Məmmədov və Fərhad Aqayev ifadələrində, 2017-ci ildə Şahanə Faxrətova ilə yaşadığı evdə görüşüb, cinsi əlaqədə olduqlarını göstəriblər.

Şahid Cahan Nuriyeva bildirib ki, Şahanə Faxrətova ilə birlikdə Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli orta məktəbdə oxuyub. Şahanə ilə həmin qəsəbədə qonşuluqda yaşayıb. 2012-ci ildə Şahanə öz qohumuna ərə gedib. Mütəmadi telefonla danışıblar. Söhbət zamanı Şahanə ona ərinə xəyanət etdiyini, görüşdüyü oğlanlara özünü Nuranə kimi təqdim etdiyini deyib.

Şahanənin gəzdiyi oğlanlardan biri — 21 yaşlı Əsgər Cabbarovu 2016-cı ildə avtomobil vurub, öldürüb. Bir dəfə onunla Əmircan qəsəbəsində həmin şəxsin qəbrini ziyarət etməyə gedib. Səhv etmirsə Şahanə "İnstaqram" sosial şəbəkəsinə "Nura92" adı ilə daxil olaraq, oğlanlarla tanış olub. Əksəriyyətinə həyat yoldaşını öldüyünü deyib.

Məhkəmə iclasında Şahanə Faxrətova ittiham üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Faxrətova 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4337   Tarix: 20 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021