Gənclər təşkilatlarının milli platforması yaradılacaq
Beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatlarının milli platforması yaradılacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə qərar Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin gənclər təşkilatları ilə keçirilən görüşündə bildirilib.
Görüşdə aşağıdakı təşkilatlar iştirak edib:
1. Gənclər Təşkilatları Milli Şurası
2. "Avropa Gənclər Parlamenti – Azərbaycan" İctimai Birliyi
3. Tələbələr Forumu-Bakı" İctimai Birliyi
4. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti" İctimai Birliyi
5. "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı" İctimai Birliyi
6. "Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi
7. "Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyi
8. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
9. Azərbaycan Skautlar Assosiasiyası
10. Gənclər üçün Təhsil Mərkəzi
11. Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyası
12. "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi
13. "İRƏLİ" İctimai Birliyi
14. "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi
15. "Gənc Tərçüməçilər Assosiasiyası" İctimai Birliyi
16. "Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı" İctimai Birliyi
17. "Gənc Psixoloqlar" İctimai Birliyi
18. "Gənclərin Nailiyyəti" İctimai Birliyi
19. "Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan" İctimai Birliyi
20. "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı
21. Dünya Gənc Türk Yazarlar Birliyi
22. Gənclər Expresi Beynəlxalq Şəbəkəsi
İlk olaraq gənclər təşkilatları ötən dövr ərzində görülmüş işlər barədə hesabat verib, qarşılaşdıqları və onları narahat edən əsas problemlər haqqında danışıb, irad və təkliflərini bildirdilər.
Qeyd edək ki, belə görüşlərin keçirilməsində əsas məqsəd gənclər təşkilatları ilə işin daha da gücləndirilməsi, eyni zamanda, onların Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təşkilatlara dövlət dəstəyinin artırılmasıdır. Görüş zamanı bilirilib ki, bu gün 30-dan çox beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatları var. Məhz bunu nəzərə alaraq, 44 günlük Vətən müharibəsinin səbəb və nəticələrinin, eyni zamanda, Azərbaycan maraqlarının beyəlxalq gənclər platformalarına daimi olaraq çatdırılması və müdafiəsi üçün gənclər təşkilatlarının daha da fəal olmalarının vacibliyi qeyd edildi. Bu istiqamətdə fəaliyyətin effektivliyinin artırılması üçün koordinasiyalı şəkildə işlərin görülməsi qərara alındı.
Görüşdə gənclər təşkilatlarını narahat edən aşağıdakı məsələlər barədə müzakirələr aparıldı:
- Qarabğla bağlı gənclərin ideya bankının yardılması;
- beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən gənclər üçün təlimlərin, məlumat sessiyalarının keçirilməsi və təmsilçiliyə dair kitabın nəşr olunması;
- gənc alimlərin beynəlxalq platformalarında Qarabğla bağlı məsələlərin daim gündəmdə saxlanılması;
- gənclərlə iş sahəsində rəqəmsal texnologiyaların tətbiq edilməsi;
- xarici donorlardan alınmış qrantların qeydiyyatının asanlaşdırılması;
- türkdilli dövlətlərin gəncləri arasında mədəni əlaqələrin gücləndirilməsi;
- xarici müəlliflərin Qarabağla bağlı kitablarının çoxaldılması və dünyanın aparıcı kitabxanalarında, elm mərkəzlərində, universitetlərin kitabxanalarında yerləşdirilməsinə nail olunması;
- tələbə psixoloqların beynəlxalq yay məktəblərinin təşkil edilməsi;
- bəynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatları üçün müsabiqədən kənar qrantların verilməsi;
- Avropa İttifaqının Erasmus+ və EU4Youth proqramları ilə əməkdaşlıq çərçivəsində gənclərin sosial sahibkarlıq layihələrinin dəstəklənməsi;
- Avropa İttifaqının könüllü proqramları çərçivəsində Azərbaycana gələn əcnəbi könüllülər üçün "Könüllü viza" sisteminin tətbiq edilməsi;
- beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edən əcnəbi gənclərə vizanın rəsmiləşdirilməsi və miqrasiya xidmətlərinin göstərilməsinin asanlaşdırılması;
- Azərbaycanın təmsil olunmadığı beynəlxalq gənclər platformalarında təmsil olunma məsələlərinə baxılması və s.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən fevral ayından gənclər təşkilatları ilə başlayan görüşlər may ayının sonuna kimi davam edəcək.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU