"Qarabağ" "Qəbələ"ni darmadağın, Mahir Emreli het-trik etdi

"Qarabağ" "Qəbələ"ni darmadağın, Mahir Emreli het-trik etdiFutbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 5:0.

Hesabı 64-cü dəqiqədə Xayme Romero açıb. Bundan 4 dəqiqə sonra Qara Qarayev fərqi artırıb. Son üç qolu isə 87-ci, 90-cı və 90+1-ci dəqiqələrdə Mahir Emreli vurub. Zədədən sonra meydana dönən Emreli bununla da qollarının sayını 16-ya çatdırıb və bombardirlər siyahısında "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərova çatıb.

Lakin o, 90+4-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib. Emrelinin poker istəyinə zərbəni qaytaran "Qəbələ"nin qapıçısı Anar Nəzirov mane olub.

Bu görüşdə həm də "Qarabağ" itki ilə üzləşib. İlk yarıda sarı vərəqə alan yarımmüdafiəçi İsmayıl İbrahimli cəzalı duruma düşüb. Sarı vərəqə limitini aşan 23 yaşlı oyunçu mayın 4-də "Zirə" ilə ev matçını buraxmalı olacaq.

Beləliklə, iki turdan sonra yenidən qələbə qazanan "Qarabağ" xalını 50-yə çatdırıb və ən yaxın izləyicisi "Neftçi"dən 4 xal aralanıb.

Qeyd edək ki, hazırda "Keşlə" - "Səbail" görüşü keçirilir. Saat 19:15-də "Sabah" - "Neftçi", saat 20:00-da isə "Zirə" - "Sumqayıt" matçları start götürəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1164   Tarix: 25 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda federasiyanın sabiq baş məşqçisi vəfat etdi

1983-85-ci illərdə "Araz" futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib. Bu barədə "Araz-Naxçıvan"ın Mətbuat Xidməti məlumat yayıb. Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib. Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıva

24 aprel
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel
.

"Qarabağ" finalda meydan sahibi olacaq

Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, "Qarabağ" və "Zirə" klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkil

26 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

"Mənə sual verir ki, ata, niyə az oynadın?" - Ağabala qızının pankart açmasından danışdı

"Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta ilişdi, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib. Futbolçu "Araz-Naxçıvan"a 2:0 qali

22 aprel
.

Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

İtaliyalı futbolçu meydanda yıxılıb və səhlənkarlıq səbəbilə ölüb. xarici mediaya istinadla bildirir ki, hadisə İtaliya çempionatının 5-ci turunun bazar günü "Castelfiorentino United" və "Lanciotto Campa" komandaları arasında keçirilən matçda baş verib. Meydan sahiblərinin futbolçus

20 aprel
.

Mahir Emreli Hidayət Heydərova forma hədiyyə etdi - Foto

"Dinamo"nun (Zaqreb) hücumçusu Mahir Emreli Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan cüdoçularına dəstək olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi hesabı paylaşım edib. Paylaşımda, Azərbaycan millisinin üzvünün cüdoçuların yarışların

26 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel