Edama məhkum edilən, 400-ə yaxın körpəni öldürüb çaya atan qadın haqqında QORXUNC FAKTLAR

Edama məhkum edilən, 400-ə yaxın körpəni öldürüb çaya atan qadın haqqında QORXUNC FAKTLARAmelia Dayer tarixin ən qəddar və ən məşhur qatillərindən biri olub. İngiltərədəki Viktoriya dövründə təxminən 30 il boyunca baxdığı 300-400 körpəni öldürüb. Amelia təhsilli bir tibb bacısı idi və pul qarşılığında valideynləri tərəfindən istənilməyən körpələrə baxırdı.

O, əri öldükdən sonra pul qazanmaq üçün bu işə başlayıb. Ancaq baxdığı körpələri böyütmək əvəzinə, onları öldürüb.

Amelia Dayer 1836-cı ildə anadan olub. Bristolda böyük bir ailədə doğulan Amelia yaxşı bir təhsil alıb. O, gənclik illərində tez-tez ədəbi kitablar və şeirlər oxuyurdu. Amelia uşaq yaşlarında olan zaman anası tifus xəstəliyinə tutulub və qısa müddətdə yaşadığı zehni problemlərə təslim olub. Amelia anası ölənə qədər onun qulluğunda durub. Daha sonra ailəsi ilə əlaqəsini kəsib və özündən 35 yaş böyük George Thomas ilə evlənib.

Əri öldükdən sonra pul qazanmaq üçün "körpə əkinçilik" adlı bir işə girib.

Yaşlı Tomas ölmədən əvvəl cütlük bir uşaq sahibi olub. Dul qalan Amelia Dayer yeni doğulmuş körpəsi ilə maddi çətinliklər çəkib. Evlilik dövründə uşaq baxıcısı işini öyrənən Amelia tibb bacısı kimi təhsil alıb. Ancaq Dayer bu bacarıqlarını bir addım daha irəli aparıb və uşaqlara etibarlı, sevgi dolu bir ev baxıcı olacağı ilə bağlı qəzetlərdə elan verib. O, eyni zamanda xidmətləri üçün birdəfəlik ödəniş tələb edib.

Lakin Dayer bu ödəməni uşaqların bəslənməsinə və baxılmasına xərcləmək əvəzinə, onları öldürərək daha asan pul qazana biləcəyini düşünüb.

Amelia Dayer daha çox pul qazanmaq üçün körpələri ac saxlayıb. Sonra körpələri öldürmək üçün onların bədənlərinə kimyəvi maddələr vurub.

1879-cu ildə bir həkim körpə ölümlərində artım olduğundan şübhələnib. O, dərhal bununla bağlı səlahiyyətlilərə xəbər verib. Araşdırmalar zamanı ölən körpələrin bir çoxuna Amelianın baxdığı məlum olub. Dayer cinayətə məhkum edilmək əvəzinə bir iş düşərgəsinə göndərilir.

O, həbsxanada çox ağır fiziki iş görməyə məcbur olduğu üçün iki dəfə intihara cəhd edib. Sərbəst buraxıldıqdan sonra uzun müddət depressiyada qalıb və psixoloji problemi olduğu üçün bir neçə xəstəxanada müalicə alıb.

Amelia həbsxanadan çıxdıqdan qısa müddət sonra yenidən köhnə işini görməyə davam edib.

Etirazların artması polisi məsələni ciddi şəkildə araşdırmağa sövq edib. 1896-cı ilin mart ayında Temza çayında bir körpənin kağıza bükülən cəsədi tapılıb. Bağlamanın bir küncündə solmuş yazı var idi. Yazıda bir ünvan qeyd olunumuşdu. Ünvan polisi Dayerin evinə gətirib. Evə gələn polislər Dayeri polis bölməsinə aparıb. Amelia Dayer bütün cinayətlərini etiraf edib və öldürdüyü körpələri Temza çayına atdığını söyləyib. Çaya atdığı körpələrin boyunlarında ağ bir bant olduğunu da bildirib. Çayda axtarış aparan polis Dayerin təsvirinə uyğun gələn 6 körpənin cəsədini tapıb.

Amelia Dayer haqqında hökm verilib və o, edama məhkum olunub.

Məhkəmənin onu edam cəzasına məhkum etməsindən 5 dəqiqə keçməmiş o, 10 iyun 1896-cı ildə edam edilib. Dayerin öldürdüyü körpələrin dəqiq sayı məlum deyil. Ancaq onun uşaqlarına baxdığı anaların sözlərinə görə 400 körpənin öldürüldüyü təxmin edilir. Bu hadisədən sonra ölkədə övladlığa götürmə qanunları sərtləşdirilib. (Musavat.com)
Edama məhkum edilən, 400-ə yaxın körpəni öldürüb çaya atan qadın haqqında QORXUNC FAKTLAREdama məhkum edilən, 400-ə yaxın körpəni öldürüb çaya atan qadın haqqında QORXUNC FAKTLAREdama məhkum edilən, 400-ə yaxın körpəni öldürüb çaya atan qadın haqqında QORXUNC FAKTLAREdama məhkum edilən, 400-ə yaxın körpəni öldürüb çaya atan qadın haqqında QORXUNC FAKTLAR


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2831   Tarix: 01 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021