500 bal yığdı qəbul ola bilmədi - SƏBƏB...

500 bal yığdı qəbul ola bilmədi - SƏBƏB...Xəbər verdiyimiz kimi, bu il TQDK-nın açıqladığı statistikaya əsasən ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib.
Sonxeber.az xəbər verir ki, onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Beləliklə, müsabiqəyə buraxılan 3894 abituriyent isə ali məktəblərə qəbul ola bilməyib.

34224 abituriyentin 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qruplar üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı rəqəmlərə diqqət yetirək. TQDK əvvəlki illərdən 29004 abituriyentin bu il imtahanlarda iştirak etdiyini açıqlamışdı.

Belə ki, I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak edib, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.

II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb, 6107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.
III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak edib. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.
IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak edib, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.

Cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib.

Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib.

Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.

I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib.

Ümumilikdə, bu il ali məktəblərin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 36 737 abituriyent iştirak edib. Onlardan 14229-u 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib.

II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında imtahan verən 41 800 abituriyentdən 21 652-si (51,8 faiz) 200 baldan aşağı nəticə göstərdiyi üçün müsabiqəyə buraxılmayıb.

II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.
III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.

"Qafqazinfo" bu məqamda təhsil üzrə ekspert Kamran Əsədovdan bu ilki imtahanların nəticələri ilə bağlı bir neçə maraqlı məqamları öyrənib. Bunların arasında yüksək nəticə göstərib universitetə qəbul ola bilməyən abituriyentlər, qruplar üzrə keçid balları kimi məsələlər var.
500 bal yığdı qəbul ola bilmədi - SƏBƏB...K. Əsədov 2014- cü ildə qruplar üzrə keçid balının 150 bal olduğunu xatırladıb: "2015- ci ildən etibarən Təhsil Nazirliyi bütün ixtisas qrupları üzrə keçid balını 200 bal nəzərdə tutdu. Amma ötən il və bu il I ixtisas qrupu üzrə Gəncə Aqrar Universitetinin 13 ixtisasına keçid balı 150 bal müəyyənləşdirildi. IV qrupda da hər hansı fon üzrə heç bir məhdudiyyət nəzərdə tutulmurdu. III qrupdan isə İslam Universitetinə 100 baldan çox bal toplayanlar sənəd verə bilər. V qrup üzrə isə burada 90 baldan minimum 30-40 bal toplayanlar sənəd qəbulunda iştirak edə bilər. Təbii ki, bu kifayət qədər aşağı nəticədir. Çünki 50 faizdən aşağı nəticə göstərənlər dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul edilmirlər. Bu say da illər üzrə kifayət qədər çox idi".

K. Əsədov vurğulayıb ki, bu il I, II, IV qruplar üzrə 200-dən çox bal toplayanların sayında artım var: "III qrupda isə keçid balında enmə var idi. Yəni 200 bal idi. Amma bununla bərabər imtahanda iştirak edib 200 bala qədər bal toplamayanların sayında da ciddi şəkildə çoxalma var. İmtahan şərtlərini ödəməyən abituriyentlərin sayında da kəskin şəkildə azalma var".

Daha maraqlı detal isə ixtisas seçimində iştirak edib ali məktəbə qəbul oluna bilməyənlərin nəticələridir.

K. Əsədov qeyd edib ki, I, III, IV qrupda yüksək balla kəsilənlərin sayı aşağıdır: "II qrupda isə yüksək balla kəsilənlərin sayında artım var. Halbuki ötən il III və IV qruplarda yüksək balla ali məktəblərə daxil ola bilməyənlərin sayında çoxluq var idisə, bu statistika bu il yalnız II qrupa aiddir. II qrupda hətta 590 bal toplayıb ali məktəbə qəbul ola bilməyən abituriyentlər var. II qrupda 400-dən çox bal toplayıb qəbul ola bilməyənlərin sayı 148 nəfərdir. 500-dən çox bal toplayıb qəbul ola bilməyənlərin sayı isə 500 nəfərdir. 200-dən çox bal toplayıb qəbul olmayanların sayı isə 265 nəfərdir. III qrupda isə 500- dən yuxarı bal toplayıb qəbul olmayanların sayı 1 nəfərdir. Həmin qrup üzrə 400-dən yuxarı bal toplayan 13 nəfər də ali məktəbə qəbul ola bilməyib. IV qrupda isə 400-dən yuxarı bal toplayıb qəbul olmayanların abituriyentlərin sayı 9 nəfərdir. Əvvəlki illərlə müqayisədə bal toplayıb qəbul ola bilməyənlər bu il yalnız II qrupda çoxluq təşkil edir".
500 bal yığdı qəbul ola bilmədi - SƏBƏB...Ekspertin sözlərinə görə, bu il dörd ixtisas qrupu üzrə imtahandakı beş fəndən biri istisna olmaqla 4 fənndən 10 baldan yuxarı toplayan və 200 balı ödəyən abituriyentlər ixtisas seçiminə buraxıldılar:

"Plan yeri I qrup üzrə 13 min, imtahana buraxılanlar isə 11 min nəfər idi. 2000 plan yeri boş qalırdı. II qrupda da yenə 13 min plan yeri var idi. 11 min abituriyent qəbul oldu. Qəbul ola bilməyənlər isə doğru ixtisas seçimi etməyənlər idi. III qrupda isə abituriyentlərə ixtisas seçiminə diqqətlə yanaşmayıb. 2015- ci ildə Azərbaycan Diplomatik Akademiyasına 600 balla daxil olan ixtisaslara bu il 200 balla qəbul aparıldı. Buna təsir göstərən məsələlərdən biri təhsil haqqı ilə bağlı idi. Keçən ilin qəbul nəticəsinə baxsaq, Diplomatik Akademiyanın I ixtisas qrupu üzə keçid balı 570 bal idi. Bu il həmin göstərici 200 baldır. Bu il ən yüksək balla qəbul nəticəsi Neft Məktəbində oldu ki, o da 671 baldır.

Burada ən birinci məsələ rus bölməsinin abituriyentlərinin sayının çoxalmasıdır. Hər il hansısa ixtisas Azərbaycan bölməsinin abituriyentləri 500 balla daxil olubsa, rus bölməsi 200-250 balla qəbul olub. Burada ciddi problem yaşanır. Hər iki bölmənin müsabiqə şəraiti bərabər aparılmalıdır. Çünki ali məktəbi bitirən zaman işə qəbulda hər hansı fərq nəzərdə tutulmur"./qafqazinfo/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3643   Tarix: 18 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr