Revanşist davranışlar Ermənistanı uçuruma aparır - Ermənilər ağır məğlubiyyətdən niyə nəticə çıxarmırlar?

Revanşist davranışlar Ermənistanı uçuruma aparır - Ermənilər ağır məğlubiyyətdən niyə nəticə çıxarmırlar?Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının dövlət sərhədlərimizi keçərək minalama işləri aparması və digər təxribat əməlləri törətməsi ilə bağlı xəbərlər gün keçdikcə intensivləşir. Bölgədən yayılan xəbərlərdən, paylaşılan videolardan Ermənistan hərbçilərinin Azərbaycanla dövlət sərhədini məqsədli şəkildə pozmağa cəhd göstərdiyi aydın olur. Sərhəd xəttində baş verənlər bir daha sübut edir ki, İrəvandakı bəzi qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən nəticə çıxarmaq istəmirlər.
Hələ ki, Azərbaycan tərəfi humanizm nümayiş etdirərək baş verənlərə soyuqqanlılıqla yanaşır.
İrəvanda revanş xəyalı ilə yaşayan qüvvələr anlamalıdır ki, İkinci Qarabağ müharibəsi Ermənistanın həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan iflası ilə nəticələndi. Buna baxmayaraq, xalq yalançı şüarlarla, əsassız iddialarla aldadılır, müxtəlif təxribatlar törətməyə maraq göstərilir. Görünən odur ki, revanşist fikirlər səsləndirən erməni hərbi və siyasi qruplarında analitik təfəkkür daşıyıcıları sarıdan ciddi korluq çəkilir. Belə olmasaydı, ölkələrinin imkanlarını, torpağına göz dikdikləri dövlətin hansı iqtisadi və hərbi gücə sahib olduğunu təhlil edib, başlarından yekə hədəflər müəyyənləşdirməzdilər.
Bu müharibə açıq şəkildə göstərdi ki, müqayisəolunmaz dərəcədə güclü tərəf Azərbaycandır. Kortəbii üsullarla guya hansısa nəticələr əldə edəcəklərini düşünənlər fərqində deyillər ki, Azərbaycanın bircə ciddi həmləsi kifayət edər ki, dayaqları onsuz da sarsılmış Ermənistan dövləti öz mövcudluğunu tamamilə itirsin.
Həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən proseslər fonunda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın xarici hərbi bloklara, siyasi təşkilatlara və güclü dövlətlərə müraciətlərinin cavabsız qalması bir daha göstərdi ki, hazırda rəsmi İrəvanı dəstəkləyəcək real xarici güc yoxdur. Bir tək Fransanın cığal davranışları da prosesin gedişatına hər hansı təsir göstərə bilmir. Üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistana hərbi kömək etməkdə maraqlı olmadı, yalnız loyal bəyanatlarla kifayətləndi. Erməni siyasətçilərin özləri də etiraf edirlər ki, KTMT-yə üzv olan ölkələrin hamısının Azərbaycanla isti münasibətləri var. Azərbaycan Prezidentinin sözünə və mövqeyinə ciddi önəm verilir, onun iradəsinə zidd addımlar atılmasına maraq göstərilmir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistandakı revanşist qüvvələr mövcud reallıqları doğru-düzgün qiymətləndirməyi bacarmırlar. Görünən odur ki, məsuliyyətsiz davranışları nəticəsində Ermənistanı uçurumun dibinə doğru istiqamətləndirdiklərinin də fərqində deyillər. Belə bir vəziyyətdə isə Azərbaycan kimi hərtərəfli təmin olunmuş, qüdrətli orduya sahib olan, aparıcı dünya ölkələrinin maraqlı olduğu nəhəng layihələrə rəhbərlik edən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan bir ölkəyə qarşı revanşist iddialar irəli sürmək, ancaq gülüş doğura bilər. Bu fikirdə, belə bir həvəsdə olanlar, yaxşı olar ki, ölkələrinin hansı rəzil durumda olduğunu bir daha götür-qoy etsinlər. Əks halda, Ermənistan üçün daha faciəvi hadisələr baş verə bilər. Nəhayət anlamalıdırlar ki, təxribatçı cəhdlərini, ərazilərimizə soxulub minalar basdırmaq və sairə bu kimi terror mahiyyətli davranışlarını davam etdirsələr, Ermənistan bunun bədələni çox ağır ödəyəcək…


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 947   Tarix: 14 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel