Şadlıq saraylarında CANLANMA - Qiymətlər ikiqat olacaq? - ARAŞDIRMA

Şadlıq saraylarında CANLANMA - Qiymətlər ikiqat olacaq? - ARAŞDIRMADünyanı cənginə alan pandemiya ölkəmizdən də yan keçmədi. Ötən ilin əvvəllərindən bir çox sahələrin fəaliyyəti qapadıldığı kimi mart ayının ortalarından etibarən də toyların keçirilməsinə qoyulan qadağa nəticəsində uzun müddət idi ki, bu sektorun fəaliyyəti tamamilə dondurulmuşdu.

Son vaxtlar ölüm sayının minimuma enməsi, bəzi günlər COVİD-dən ölənlərin olmaması və virusa yoluxanların da sayının xeyli dərəcədə azalması bəzi yumşalmaları zəruri etdi. Yumşalmaların davamı olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən müəyyən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib.

Milli.Az şadlıq sarayları ilə əlaqə saxlayaraq son vəziyyəti öyrənib. Məşhur şadlıq saraylarından birinin administratoru İbrahim bəy bu xəbərə sevindiklərini dilə gətirib:

"Toylara say məhdudiyyəti qoyulub, olsun təki. Hamımızın istədiyi onsuz da bu idi. Təki toyların keçirilməsinə icazə verilsin, hansı şərtlə olur olsun, əsas toy olsun. Qonaqlarımız da, biz də işçi kimi bu xəbəri gözləyirdik.

2 ilə yaxın bir müddətdə toyların keçirilməməsi sözsüz ki, qiymətə də təsir edəcək. Qiymət ilk növbədə saydan asılı olan bir məsələdir. Qonaqların sayında məlum səbəbdən məhdudiyyət olacağı üçün bizdən asılı olmayaraq qiymətlərdə də dəyişikliklər olacaq".

Paytaxtın başqa bir şadlıq sarayının administratoru Əli də çox sevincli olduqlarını qeyd edib. O, qonaqların sayındakı məhdudiyyətlə əlaqədar qiymətlərdə də ciddi dəyişiklik olacağını istisna etməyib:

"Bu qərara çox sevindik. İl yarım idi işləmirdik. Təbii ki, hamı istəyir ki, evinə çörək aparsın, pul qazansın. Toylar bağlananda camaatın behləri yığılıb qalmışdı. Restoranımız təmirdən yeni çıxmışdı, təmirə çəkilən xərci çıxarmaq üçün başqa bir çıxış yolumuz yox idi. Şükür ki, uzun zamandan sonra müəyyən qaydalarla da olsa məhdudiyyət aradan qalxdı.

Təxminən il yarımdan sonra toyların yenidən bərpa edilməsi qiymətlərə də öz təsirini göstərəcək. Adam sayının az olması qiymətlərdə böyük fərq yaradacaq. 2 il bundan qabaqkı bazarlıqla indiki bazarlıq xərci bir deyil. Qiymətlərdən hamımızın xəbəri var. Əvvəl 3 manata adi qarğıdalı yağı alırdıqsa, indi 6 manatdan ucuz deyil. Görün nə qədər fərq edir.

Qiymət fərqi bir neçə faktorla bağlıdır. Ərzağın qiymətindəki dəyişiklikdən başqa yer məsələsi də qiymətə təsir edən amildir. İstər 100 nəfər qonaq olsun, istərsə də 300 nəfər, sən yenə də restoranı işlədirsən, musiqiçiyə, işçilərə həmin o pulu verirsən, həmin o xərci çəkirsən. Amma 300 nəfərdə sən istər-istəməz böyük pul götürürsən axı. Ona görə də, bu situasiyada həmin pulu qazana bilməyəcəksən, çünki məhdud sayda qonaq qəbul edəcəksən. Amma yenə də hamı bir az da olsa nəsə qazanacaq, hamı evinə pul aparacaq. O qədər adam var ki, il yarımdır işsizdir, borcu-xərci yığılıb qalıb. Gözləyirdi ki, toylara icazə verilsin, işləyib borclarını qaytarsın, nəsə bir iş görsün. Restoran sektorunda çalışan belə insanların sayı çoxdur. Onlar bu sektorla dolanırdılar. Elə adamlar var ki, başqa işdə çalışa bilmirlər, həyatını bu sektora həsr ediblər. Ona görə də hamı bu qərarı sevinclə, müsbət qarşılayır. İnşallah davamlı olsun, qaydalar daha da yumşalmağa doğru getsin".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2252   Tarix: 22 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021