Nabran meşələrini zibilləyənlər məlum olub

Nabran meşələrini zibilləyənlər məlum olubMəlum olub ki, kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlərdir
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Nazirliyin "Qaynar xətt" xidmətinə Nabran ərazisində məişət tullantılarının idarə olunmaması və eyni zamanda meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal şikayətçilərin iştirakı ilə yerində araşdırılıb .
Şikayətçilər Xaçmaz rayonu Dalğalı kənd sakinləri E.Şahverdiyeva, S.İsgəndərovavə həmin kənddə istirahət edən Bakı şəhər sakini A.Əhmədovanın iştirakı ilə ərazilərə baxış keçirilib, tullantıların idarə olunması vəziyyəti yoxlanılıb.
Aparılan araşdırma zamanı Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən həmin istiqamətdəki "Kardinal" istirahət mərkəzinin yaxınlığında məişət tullantılarının atıldığı və qalaqlandığı aşkar edilib. Kənd ərazisində, istirahət mərkəzi yaxınlığında tullantıların idarə olunmamasına görə Xaçmaz rayonu Nabran Bələdiyyəsinin sədri Qüdrət Qədimovun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə vəzifəli şəxs qismində 2000 manatməbləğində cərimə olunması barədə inzibati icraata başlanıb, nöqsanların aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
Lakin araşdırma müddətində meşə ərazilərinə tullantıların kimlər tərəfindən atıldığını müəyyən etmək mümkün olmayıb. Nazirlik əməkdaşlarının bununla bağlı şikayətçilərə və bələdiyyə sədrinə ünvanladığı suallar birmənalı olaraq cavablandırılıb: "Bu tullantılar meşələrə kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlərin zir-zibilləridir." Şikayətçilər və kənd sakinləri bildiriblər ki, belələri bütün il boyu yaxınlıqdakı meşələri tapdaq altında qoyub zibilxanaya çevirirlər. "İnanın ki, onların məişət və bioloji tullantılarının üfunətindən meşəyə girmək mümkün deyil."
Yaranmış mövcud vəziyyətin təkrarlanmaması məqsədilə ETSN tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyətinə, Xaçmaz rayon Nabran Bələdiyyəsinə, Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinə qanunamüvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciət olunub.
Eyni zamanda Nazirlik əməkdaşları tərəfindən aparılan araşdırmalar və ümumi müşahidələr nəticəsində belə bir qənaətə gəlinib ki, həqiqətən də bir qrup dırnaqarası təbiətsevər tərəfindən, guya avropasayağı istirahət adı ilə meşələrə sözün həqiqi mənasında hücum olunur. Müxtəlif "yaşıl", "təbiət" və s. adlar ilə maskalanan qruplar tərəfindən sosial şəbəkələrdə çağırışlar edilir, təbiət ərazilərinə, meşə sahələrinə qanunsuz turlar təşkil olunaraq təbiətə divan tutulur. Onların belə kortəbii və pərakəndə hücumları nəticəsində meşə sahələri məişət və bioloji tullantılarla çirkləndirilir, kabab, çay və kofe keyfləri üçün yandırılan ocaqlardan meşələrə od düşür ki, bunun da nəticələri ictimaiyyətə məlumdur.
Amma ətraf mühiti çirkləndirənlər atdıqları tullantılara görə vicdan əzabı çəkmək əvəzinə, təbiətə zərər gətirən həyat tərzlərini dəyişmək əvəzinə, doğrudan da ətraf mühitə dost münasibət üzərində qurulan dəyərlərə sahib çıxmaq əvəzinə utanmadan sosial şəbəkələrdə demaqoqiya, spekulyasiya ilə məşğul olaraq fəaliyyətlərini davam etdirirlər.
Ona görə də təbiətimizə qənim kəsilən şəxslərin və qrupların törətdikləri inzibati və cinayət məsuliyyətlərinin müəyyənləşdirilməsi və konkretləşdirilməsi istiqamətində qətiyyətli və daha ciddi tədbirlərin görülməsinə başlanılıb, nazirlik tərəfindən qətiyyətli qərarlar qəbul olunur. Artıq bu cür şəxslərə və qruplara qarşı qanunun gücündən istifadə olunaraq yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək.

Belə ki, Nazirliyin Ətraf mühitin mühafizəsi departamenti tərəfindən İnzibati Xətalar Məcəlləsinin Meşə fondu torpaqlarının zibillənməsi və korlanması, həmçininYanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi maddələri ilə cərimələr tətbiq ediləcək, əməllərində cinayət tərkibi təsdiq olunacağı təqdirdə isə hüquq mühafizə orqanlarına müraciət olunacaq. Bununla belə, cari ilin iyul-avqust aylarında təkcə Müqtədir-Nabran ərazilərində bərk məişət tullantılarının idarə olunması sahəsində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinə görə, dörd nəfər fiziki şəxs barəsində ayrı-ayrılıqda müxtəlif inzibati cəza tədbirləri görülüb və cərimə tətbiq edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1143   Tarix: 27 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

4 may
.

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib. report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qaydalar "Təhsil haqqında" qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsil

4 may
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

5 may
.

Bu tarixdə mobil telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqət

4 may
.

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: mayın 5-6-da...

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığında

4 may
.

Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bi

5 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb. Düşə

4 may
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

3 may