Prezidentdən Bolqarıstanla hərbi və treninq sahəsində Sazişin təsdiq edilməsi barədə FƏRMAN
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.az xəbər verir ki, fərmana əsasən:
1. "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında" 2021-ci il martın 11-də Sofiya şəhərində və mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərsin.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 767 Tarix: 17 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNövbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama
Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri
25 aprelİlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD
23 aprelİlham Əliyev Zelenskini COP29-a dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir
23 aprelƏrdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"
"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə
23 aprel